*Tərəfimizə aid olan parçaların Youtube üzərindən hansısa kanala yüklәnmәsi vә ya hәr hansı portal yaxud saytda qeyri-qanuni paylaşılması qәti qadağandır. Әks tәqdirdә müәllif hüquqlarını tapdalayan kәs mәsuliyyәt daşıyacaqdır.

© Noise Production

İzlə

“HAVAODSUTORPAQ”

“HAVAODSUTORPAQ”

Tracklist
1. HAVA (FEAT. PROMETE) 03:27
2. OD (feat. ALİM QASIMOV) 03:14
3. SU 02:56
4. TORPAQ 02:45
About album

BadClause – “Havaodsutorpaq” albomu artıq bütün rəqəmsal və musiqi platformalarında!

Executive producer: Agarza Dadashov
Art Director: Miri Ahmed
Video creator: E9KA (Rashad Kazimov)
Generic editor: Nigar Galib
Media Assistant: Sona Mammadova
Web developer: Zaur Ali
Web content manager: Aziza Rasul
Pentester: Emil Musayev

All rights reserved. © NoisePro 2018

Artist: BadClause
Genre: Hip Hop
Publisher: NoisePro
Release Date: 09/12/2018
Label: NoisePro
Lyrics:

HAVA (FEAT. PROMETE)

Verse (BadClause):
Bizə lazım olan mərhəmətdir, ədalət yox,
Bizə lazım olan cinayətkarın özüdür, cinayət yox.
Məzənnədəki rolumuzdu ki, bu gün nə qədər dəyər görmüşük,
Pərdələri cırmaqdır ki, neçə nəfər üçün artıq ölmüşük.

Adət-ənənələrimizə uyğun yola veririk bir-birimizi,
Bizə öyrədilən də elə budur ki, dava salmayın.
Oyanın bircə dəqiqə, qalxın ayağa, bəsdir yatdız,
Heçnə yaxşı deyil burda, kimisə zorla razı salmayın.

Hardaki qayda-qanun olsa orda bir zibil tapaq,
Bəlkə də bu ən sonuncu mahnımdı, öləcəm sabah.
Yazacam tarixi anlardan, hər gizli sektadan,
Qələmin mürəkkəbisə vərəqə dəyib dönəcək qana.

Bəlkə yaralı göyərçinlərin ahıdır, hər müharibə,
Artıq dəbə düşüb acından ölmək dörd uşaq ilə.
Cibində pulu ola-ola batan nə qədər ömürə şahidəm,
Həyat fəlsəfəsəmdə iz buraxdı hər müşahidəm.

Dünənin səhvləridir ki, bu gün ruhu rahat buraxmır,
Günəşin acığıdır bəlkə ömürə hökm edən quraqlıq.
Qərəzsiz yalançıların inamlarına məhkum olmuşam,
Bədənimi satdı özgə ruha sonda doğma uşaqlıq.

Bu böyük kölgələrin sahibləri eşitmir bizi,
Bu sökük göydələnlərin tanrısı boğdu səsimizi.
Aldı ümidlərimizi atdı uçurumdan aşağı,
Sonda yorğun bir səs dedi ki, dəlixanamıza xoş gəlmisiz.

Chorus (Ayka) [x2]:
Burada havalar bulanıqdır,
Çətindir nəfəs almaq.
Yollar dolanıqdır.
Tələs… Gecə qalma.

Verse (PRoMete):
Sonda aydınlaşdı ki, bizi qovan yox idi,
Biz sadəcə unutmuşduq məqsədimizi qaça-qaça.
O qədər qapanmışdıq ki, başımızı qaldırıb baxanda
Gördük ki, yerdə qalan yollar da haça-paça.

Yeniyetməlik, gənclik, indi ağ-qara şəkillər kimidir,
Təkcə biz bilirik hansı rəngdə idi hansı məqam.
Doğruları sevirdik, çalışırdıq hər şey həqiqət olsun,
İndi məcbur ən acıları ilə edirik yola davam.

Axtarışlar əsas qayəsiydi həyatımızın,
İndi axtarışındayıq, amma həyat anlayışının.
Düşün, təsəvvür et ki, içindəsən, amma,
Əmrinə tabesənəvvəl idarə etdiyin maşının.

Bəyənmədiyin sistemin hissəsi olmaq sistemin oyunudur,
Yoxsa şəxsi seçimdir görəsən bunu bilir kim?
Beş addım sonra nə olacağın düşünəndə üzümə qonur təbəssüm,
Mən vəziri piyadaya görə qurban verən vunderkind.

Chorus (Ayka) [x2]:
Burada havalar bulanıqdır,
Çətindir nəfəs almaq.
Yollar dolanıqdır.
Tələs… Gecə qalma.

OD (feat. ALİM QASIMOV)

Verse:
Hisslər tanrıdır xaliq olan mənəm, ən gözəl dərdə layiq olan mənəm
Müharibəsiz tək qalib olan mənəm, ən gözəl həyata ani qonaq gələn
Ölümdən betər aldığım hər nəfəs, agah edir məni dönüm bəlkə də
Bir neçə söz ilə könül fəth edən, yalançının bitir ömrü qəflətən

Sönür pərdələr yandırır ocağımı, günəşin naləsi şəfəq vaxtında.
Unudasan hərkəsi gərək vaxtında… fələk çarxında
Dövr edən aləmin əlacı yoxdur ki hakim ola nəfsə cənnət bağında
Hər yan dağ onda bir ağac budağından qopdu meyvə yarandı od onda

Qanadı qolundan ayrı düşən bir kəs var idi qaçan insan donunda
Gözdən itdi qürub edəndə günəş və yer-göy peşman oldu bir əməldən
Nur camalından vəhşilik axırdı çirkab ruhuna övlad-i adəm
Havaya qarışan su damcısı oda həsrət, bədən isə torpaqdan ibarət.

Milyon ilə xas düşüncələrə məhkum ağlımı bir neçə fikir qarışdırır,
Doğru cavabı tapmaq yerinə, sualı düzgün verə bilməkdir çalışdığım.
İyirmi bir il öncə cismim gəlibsə, ruhum hardaydı indiyə kimi?
Kim olduğumu kimsələrdən soruşmaq istədim özgə cildinə girib.

Sağ qalanlardan adımı soruşdum, dedilər ölülər daha yaxşı bilər,
Ölülərə soranda cavab gəldi ki, sağ qalanlar elə sən kimilərdilər.
Minlərlə insan, onlarla dini inancın arasından bir dahi,
Onun ölümü hər kitabda yazılır, amma öldürənin ömrü şifahi.
“Qiyabi olan əfsanələr idi”

Seyrinə çıxdığım ellərin eybini qeyd edəndə gileyini nə bileydim?
Leyl ilə geydirdiyi meyidi qeyb edən insanın gərək ürəyini görəydim.
… yenə deyinəydim, gərək ürək-dirək verib öyünəydim ki,
mən həyatın o yolunu keçmişəm çoxdan ona görə yerə vurma kürəyini.

Məni bir də can verəndə görəydin ürəyim köləydi körpətək əllərində,
Mən can tapardım ömrün qəfəsində və çırpınardım hər dəfəsində.
Hər nəfəsimdə sənə and verən kəsəm otağında dolanan ən qəliz səsəm,
Səni çox sevəcəm söz verirəm əgər sirrimizi tanrı bilməsə.

SU

Verse:
Mәn sәni bağışlasam da әllәrim küsüb sәndәn,
Ayaqlarım sәnә gәlәr amma sevmәyә üzüm gәlmәz.
Bu qәlәm sәni yazır elә şeirә sәtir düzür qәmdәn,
Xətrin necə xoş olur özgәsiylә gülümsәrkәn?

İtirdiyim dәyәrlәrin ahı tutub mәni,
Birinci “sevirәm” dedin, ondan sonra “unut mәni”.
İslandı göz qapaqlarım görәndә bu cümlәni,
Xoş günümüzә ümid sevgi, ertәsindәn qürur gәlir.

Xeyrinә ağız aça bilmirәm gәlir şәr öhdәsindәn,
Getmə sözünü deməkdən, bezmişəm öz səsimdən.
Mәn sənə dustaq olan yazar, sәnsə qәlәmә dörd divar,
Biz hәqiqi yalançılarığ, xəyanət ölkәsindә.

Sonuncu әlvidanın üstündәn bir ömür keçib,
Unutmusan hәr cümlәni, gözündә yaş qalmır indi.
Yoxluğun axirәtdi, önümdә tәk intihar seçim,
Bir vaxt mәnlә nәfәs alan mәni yada salmır indi.

Köhnә şәkillәrdә üzümә gülәn hüsnünә hәsrәt qalan,
Baxışlarımla süzürәm indi hәr addımını.
Ötәn şeirlәrimin ünvanında könül sәni istәr,
Yanan kağızlarımda külә boğaraq silmişәm adını.

Ürәyin gözәl dedin, mәni bir dә sәnsiz görәydin,
Xatirәn unudulmur ağlamağla keçmir nәsә.
Gedişinә sәbәb nәydi, süfrәmә duz-çörәkdin,
İndi, hansı yola yolçusan, hansı әtrin eşqindәsәn?

Gün eyni gündü amma ki kölgəm indi sənsiz qalıb,
Doğru cümlələrlə izah elədim səhv insanı.
Qürurum ayağın altda, sökülüb daha səbrin danı,
Saxta gülüşlər tanışdı, yad gəlir amma mənim imdadım.

İncə qanadlarını çırpıb uç get uzaqlara,
Bəlkə yenə də qucaqlaram, heyif yoxdu qolda taqətim.
Biri qalıb ağlında sənin, amma qoynunda yad ətir,
Sənə qaçan ayaqlarım indi dəyişir istiqamətin.

Ayrılıq nəyə işarədi? Nə vaxtsa dönəcəyinəmi?
Başqa birini sevəcəyiməmi, yoxsa sənsiz öləcəyiməmi?
Göz yaşlarım ələ cəmlənir, özümdə batmışam mən,
Keçmişində qalmışam mən, unutmuşam gələcək nədi.

O daha mı çox sevir səni, denən axı nəyi xoş məndən?
Sənə görə dua edə bilmirəm axı mən sərxoş bəndə.
Sevmədiyin əllər səni yazır elə çıxıb gedəndən,
Nə vaxtsa geri dönsən sevgimi gətir əli boş gəlmə.

TORPAQ

Verse:
Mən yalan həsrətə dustaq qalan azadlıq eşqi,
Hər şeyi boş verməklə həyaıtn sadələşmir.
Nədənsə olmadı pis ruh haldan narazı heçkim,
Zamanın durduğundan şübhələnən saat hələ işləyir.

Günəşimə bulud düzmə zülmət olan bir zaman gəl,
sonsuza bir yol gedir həmin yolda iz salan mən.
Qüruru şərt edəndə sən puç oldu vicdan əldə,
Bu şəhərdə, səni tərk edəcək sonuncu insanam mən.

Keçən heç bir gözəl gecəm, vermir bir sabahını,
Xeyrini şərinə qatan dosta qarşı üsyan artır.
Hissləri dinləyən qələm şərh edir misralarımı,
Axı yalnızlığa hakim ola bilmir insan ağlı.

Həyatı zibil edən tərk edişlər mi, müəmmalar mı?
Dərdimə mənlə yananlar, 10 il sonra mənlə qalar mı?
Nağılların su pərisi uydurmadı, dənizi yalandı,
Cənnəti tapasan deyə, tanrı göyə ayaq izi salar mı?

Ağlayan mələklərin hüzurunda eşqdən yazıram,
Qanlı əllərimlə, duaları behiştdən yazıram.
Yırtdı sinə qəfəsimi, aldı sevgi qəlbi solumdan,
Buranın dilənçiləri bədəni satıb zəngin olurlar.

Dövran elə o dövrandı, dost unudur dərd ortağını,
Nə vaxtsa şirin yuxuya getsəm eşir qəm torpağını.
Qaçanda eşqə doğru yolda xeyli məsuy tanıdım,
Çoxumuz hələ də sevgililəri leyli məcnun sanırıq.

Dünya məni tərk elədi, apardı hər əşyasın,
Günah-savabı, yazan mələklərsə tanrı nə işə baxırdı?
Gördüyüm hər şeyə susdum ki, sükut dəyişər axırımı,
Sonra göz qapaqlarımın arasından nəşə tapıldı.

Qәlәmim boşboğazdı, onu әcәl də susdura bilmәz,
Sәn әxlaqsızlığın materiyası, kor hisslәrin dilemması.
Mәn torpağa qandallı bәdәn, Drezden qalereyası,
İçimdәkı qarğa meyidlәri üsyanıma qәzәb yazır.