*Tərəfimizə aid olan parçaların Youtube üzərindən hansısa kanala yüklәnmәsi vә ya hәr hansı portal yaxud saytda qeyri-qanuni paylaşılması qәti qadağandır. Әks tәqdirdә müәllif hüquqlarını tapdalayan kәs mәsuliyyәt daşıyacaqdır.

© Noise Production

İzlə

“SINGLES”

“SINGLES”

Tracklist
1. - HEYİF (YENİ) *** 01:53
2. PƏRDƏ ARXASI 03:06
3. MÖVHUMAT 03:07
4. DEYƏSƏN UNUTMUSAN 03:02
5. QÜRUR (FEAT. TARLANTHIS) 03:06
6. NEÇƏ BELƏ ƏLVİDALARA 03:18
7. RƏSM 03:30
8. 23:10 03:26
9. SEVDİM SƏNİ 02:40
10. GERİDƏ QALAN 3 İL 03:16
11. GÜNƏŞ (FEAT. NOTON) 03:09
12. RƏF 02:05
About album

BadClause – “Heyif” artıq bütün rəqəmsal və musiqi platformalarında!

Executive producer: Agarza Dadashov
Artwork: Miri Ahmed
Web developer: Zaur Ali
Web content manager: Aziza Rasul
Pentester: Emil Musayev

All rights reserved. © NoisePro 2019

Artist: BadClause
Genre: Hip Hop
Publisher: NoisePro
Release Date: 04/06/2019
Label: NoisePro
Lyrics:

- HEYİF (YENİ) ***

Verse:
Biz ikimiz heç vaxt bir cəm ola bilmərik, münasibət fərq etdikcə,
Sənlə necə tamamlandığımı görürdüm, tənhalığımı dərk etdikcə.
Nədənsə yaşamaq xoş gəlirdi sənə, mən nəfəs almağı tərgitdikcə,
Sona qalan təkcə xətrin var idi, o da gedir əldən sən getdikcə.

Bitdiyini sandığım hekayənin qaldığı yerdən başlaması,
Lap zəhləsi getsin məndən nifrət eləsin, amma heç vaxt daşlamasın.
Başqa ürəyin içində olmaram, olsa da, başqa qələm, başqa yazı.
Sadəcə fərqli qucaqlarda tapır özün o, heç kim başqa şey anlamasın.

Qorxuram onla danışmağa, bilmirəm üzləşəcəm hansı üzüylə,
Dəli-dolu vaxtlarımıza düşdü bu sevgi, çox oynadıq ocağın közüylə.
Xəyalları uzaqlar idi, məni də aparacaqdı getsə özüylə,
Amma indi fırlanır yüzüylə, hətta ayaq yeri də qoyub nişan üzüyünə.

Həyat davam edir onunçün heç nə fani, nə də ölüm ani deyil,
Əvvəlkitək nurani də deyil ki,baxan gözlərinə mirvari deyim.
Həmi imkanatı xudmani deyil, daha dəyişib çox şey, çox eyib,
Kiçik şeylərlə xoşbəxt ola bilmir, ömrünü versən yox, deyir.

Elə bir küskünlük qoymusan ki, hüzür saxlamağa gəlmir üzüm,
Elə bədbəxt bir kəssən ki, özgə xoşbəxtliklərə belə gözün düşür.
Mən yanlışamsa sən de düzün, düzgünlüyün varsa bəs bir üzr,
Amma dolubdur zir-zibillərinlə səbr küpüm, daha qalanın özün düşün.

PƏRDƏ ARXASI

Skit:
Baxışların səma, gözlərinsə ay-günəşim,
Kirpiklərin ulduzlar, göz qapaqların cəhətim.
Tək qalmışam, tək-tənha, zülmət hər tərəfim,
Soyuq gecə, soyuqdur necə...
mən ötüb keçər deyə düşünürəm hələ.

Verse 1:
Necə ki ötüb keçib istəmədən itirdiyimiz hər şey,
Necə yaddan çıxıb, o doğmalıqlar, gör necə yadlaşmışıq.
Artıq göz-gözə gəlsək də, dodaqlar dinmir,
Ruhlar tanışdı çoxdan, ürək isə tanıya bilmir.

İnsanı dəyişən elə, məncə, tənhalıqlar olur,
Çünki özün öz səhvlərinlə məcbur olaraq üzləşirsən.
Həyatsa elə bir tələdir ki ora həm düşmək, həm çıxmaq olur,
Əgər ki elədiyin düşündüyünlə düz gəlirsə.

Nə qədər göz yumacağıq olanlara?
Nə qədər yalandan yaxşıyıq deyəcəyik hal soranlara.
Hara qədər saxta təbəssümlə günlər ötəcək ömürdən?
Kimləri alacaq yaradan kimi döndərəcək ölümdən?

Hər şey təsadüfdür, bəlkə də, səhv qərar düzdür,
Nə vaxtsa ölür sevgi, amma ki nifrət ölümsüzdür.
Yaşamaq könülsüzdür, həyata gözün toxdursa,
Çox pul da mənasızdır, qoyacağın boş cibin yoxdursa.

Chorus:
Baxışların səma, gözlərinsə ay-günəşim,
Kirpiklərin ulduzlar, göz qapaqların cəhətim.
Tək qalmışam, tək-tənha, zülmət hər tərəfim,
Soyuq gecə, soyuqdur necə...
mən ötüb keçər deyə düşünürəm hələ.

Verse 2:
Hər kəs doğrudursa əgər günahkardı kim?
Hər şeyi rədd eləyib çıxıb getmək necə asandı ki?
Nədənsə yüz haqqsızlıq görürük biraz haqq edib,
Adətən, dəlilər böyük düşünür ağıllı axmaq kimi.

Nə dost, nə tanış, nə də ki doğma birisi çatır köməyinə,
Qalırsan sarayda möhtac, kasıbın yavan çörəyinə.
Fikirlərin anlaşılmazdır və əl çatmır ürəyinə,
Saxtadır həqiqətlər, düşürük onun-bunun kələyinə.

Bizi xilas edən yoxdur, dustaq olmuşuq daha,
Bizə mərhəmət göstərən yox, həyat çəkir çarmıxa.
Pambığı yığıb sandığa, gizlətdik həqiqətləri,
Hər şey darmadağındır artıq yox, səliqəm qəti.

Göylər yerin güzgüsü, əslində yoxdur səma,
Tanrı gözlərini yumur və qaranlıq çökür tamam.
Həyat çəkir sınağa, (vurur, yıxır) qəddarcasına,
Gülə bilmirsən ürəkdən, dərdin dönür dağa.(çünki,sənin)

Chorus :
Baxışların səma, gözlərinsə ay-günəşim,
Kirpiklərin ulduzlar, göz qapaqların cəhətim.
Tək qalmışam, tək-tənha, zülmət hər tərəfim,
Soyuq gecə, soyuqdur necə...
mən ötüb keçər deyə düşünürəm hələ.

MÖVHUMAT

Verse:
Hər şey mötərizə daxilindədir, hər şeyə sərhəd çəkib hislərim,
Hər şey məhv olub, hər şey röyadır, hər şey qəlizləşib.
Yoxdur bir ünvan, yazım göndərim, danışım cavabsız dualarımdan,
Yoxdur bir haray verən, nə səs salan, bir qucaq dolusu suallarım var.

Bir doğmam var, yüz yada bərabər, bir dünyam var, nifrətim əhatə,
Tikanlı məftillərlə qoruyuram sevgimi ki, görə bilməsin hər afət.
Kor oldu gözlərim, nəhayət, görə bilmirəm nə yaxşı, nə yamanı,
Mənalı olan hər şey sadələşib, indi isə cəfəngiyyatdır qalanı.

Yerə sərilmiş əllərimdə göydələnlər ucaldı şeiriyyat adından,
Bu günün Məcnunu eşq axtarır, amma qolu qandallıdır Leyli yatağında.
Müasir düşüncə, qadın haqları, ədalət var və gizli saxlanır,
TV-lərdə həqiqətlər realdı və hər səhər-axşam eyni saatdadır.

Dünya gözəldir, bütün silahlar sadəcə yaralayası standartdadır,
Heç kəs heç kəslə düşmən deyil, sevgilər xəyanətdən uzaqdadır.
Dost yoldaşa mətbəx bıçağıyla xəsarət yetirmir, nə ər avrada,
Heyif ki, bunlar sadəcə xəyal gücüdür. Hər şey yalan, hamısı saxtadır.

Bizə bir ovuc torpaq verdilər ki, güllər əkin, təbiəti yaradın,
Amma biz o torpaqda qanlar töküb, ayaqlayıb kirlə örtdük üstünü.
Bizə bir damcı su verdilər ki, həyat tapın onda, o cana dərmandı,
Onun da paklığını oğurlayıb, əlimizə hər keçəni atdıq üstünə.

Artıq torpaqda gül bitmir, artıq su belə içilməyəsi haldadır,
Hər şey çirkab içindədir, saf qala bilən qəlblərsə intihardadır.
Dünya yaşanılmaz əraziyə dönüb, qatillər axtarışda deyil artıq,
Körpələr ölür, ailələr yetim qalır, insanlarsa vədlərə inanmır.

Sadə mərhəmət lazımdır, sadə qəddarlıqlara göz yumulmasın,
Qoy millət küçələrdə qalsın, amma ölümlərə səbəb silahlar olmasın.
Bir azca sevgi hissi, bir az insaf, bir az da insanlıq qurtarar bizi,
Bəlkə də, soyuqqanlı əsgərlər, döyüşməz heç, hətta yaralamaz dizin.

Hər şey öz əlimizdədir, əllərimiz bağlıdır, gözümüz kordur,
Qulaq kardır, danışacaq dil laldır, buna insanın elə özü səbəbkardır
Ki, bağlı qəfəsə öz ayaqlarıyla girib və məqsədi tək zinət vardır,
Geri dönəndə isə çox gec olur artıq, ömür balansında vəsait qalmır.

DEYƏSƏN UNUTMUSAN

Verse:
Mənim bir arzum var, ömrümə qəm-kədər saldı,
Mənim bir ağrım var, ağlamağıma səbəbkardır.
Okean ortasında qayıq, külək aşırdı hər yelkəni,
Yolun düz ortasındayıq. Gəl yenidən tərk et məni.

Yenidən öldür ruhumu, yenidən dolsun dəftərlərim,
Gecələr qəlbimi yandıran həsrətin qədəmlərinin
Səsi gəlmir… Vərəqlər qəhərlənir.
Unutmusan, deyəsən, mənlə açdığın səhərləri.

Mən sahib olmadığım hər şeyi borcluyam sənə,
Sən yaşanılan hər yalnızlığın ən gözəl halısan.
Boşdur cümlələr, sənə sərxoşdur bu bədən,
Eşqin tilsimiylə əcəlimə baş qoşdum ölmədən.

Aşağıda göydələn, üstündə bir cüt ayaq,
Köndələn ipin zolaqlarının silüetində öldü kölgələr.
Ağır qəm yüküm mənə, al apar dərdi, könülə gəl,
Yadım silinib indi təmiz, yoxdur bir iz köhnədən.

Görən nələr qalıbdır həyatın özgə səhifələrində?
İllərdir intihar küləktək əsir pərdələrində.
Otağımın havasını dəyişir hər dəfə fərqli ətirlər,
Cənnət saydım onu bu dünyanın cəhənnəmində.

Onun saçlarında basdırdım ruhumu bir gecə,
Xəbəri belə olmadı, qollarımda yatmışdı necə.
Öpdüm sakitcə dodaqlarım yanağına söykənəndə
Bir pıçıltı qopdu bağrımdan oyandım nəsə.

Yuxumda yuxuya gedən sevdiyimin ətri üst-başımdan uçur,
Onuncu mərtəbədən tərk eləyir pal-paltarımı.
Bütün tənhalıqlarımın dərmanını aldı əlimdən
Qadınım, çıxıb getdi, ən sonunda tək qaldım.

Sən sardın hər yanımı, tüstüyə qarışıb,
Əhvalım çaş-baş qalıb, dolaşıq qaşqabaq bulaşıb
Üzümün cizgilərinə. Atmışam həyatın daşın,
Bir də ayılanda gördüm ki, artıq altmış olub yaşım.

Yavaş-yavaş yaxınlaşır, sonuncu dayanacaq,
Müəmmalıdır ki, kim gedəcək, kim qalacaq.
Üzümdən itib gülüş, kefim yoxdur bir balaca,
Çün, bugünkü xoşbəxtliklər nəvaxtsa dərd olacaq.

İkimiz ayrı-ayrı parçalarıyıq eyni cümlənin,
Bizi birləşdirmək üçün bir söz bəsdir inan.
Yeganə dərmanı qayğı idi bəzi xəstəliklərin,
Mən özüm qayğıya möhtacam, sən də xəstələn bir az.

Köhnə bəstələr dayaz qalıbdı dərinliyində,
Dostların səni sevmir, saxtalığını tərifləyirlər.
O gileylənir, – deyirlər, – yalanlar ilə, şər ilə.
Amma çalış uzaq saxla eyiblərini gəlinliyindən.

Artıq nə inciyim mən? Peşman olub sözlərim,
Səni son dəfə görəndə dolmuşdu bu korun gözləri.
Yadında yadlara tay yoxluğa qərq oldum üstəlik,
Sən bir gün getdin, mənsə yüz il yolunu gözlədim.

QÜRUR (FEAT. TARLANTHIS)

Chorus (TarlanThis):
Səni bir asiman eşqinə göylərə uçuran sevgi,
Görəsən qaldırarmı səni indi yenidən göylərə?
Sus çək əllərimi üstündən sən tez get ki,
Gələndə qürurunu tək mənmi atacam yerlərə?

Verse (BadClause):
Sənin yerini verən yoxdur burda, nə də ki, kimsə tutmur əllərimi,
Yağış da əvvəlkitək islatmır məni.
Tərkedişlərin, gedib də, geriyə gəlməyin
Yordu vərəqlərimi, daha yaza bilmir bu səfil.

Gələn-gedən bizi soruşur hər dəfə,
Mən bir cavab tapa bilmirəm.
Necə izah edə bilərəm ki, yaşatdığın yalnızlığı?
Hisslər tərk etdi, onlara bir təhər çata bildim,
Hər ayrılıq incidir qəlbi, görüb inamın sarsıldığın.

Yalanlar idi, bizi birləşdirən yeganə səbəb,
Bəlkə eşq həqiqətən gözümə pərdə asmışdı.
Həsrətim öldürdü ruhu, yanaşdın biganə mənə,
Sənlə dolan gözlərimdən üzümə qəm bulaşmışdı.

Bridge (BadClause):
Günlər ayırır bizi bizdən,
Bağışlasam belə geriyə dönə bilmərəm yenidən.
Gələ bilmərəm yanına yenidən,
Sevə bilmərəm ki, səni mən.

Verse (TarlanThis):
Nədir səbəbi ayrılıqların?
Bu qədər uzaqlaşdırır bizi.
Nədir səbəbi qürurumun?
Hansı bəhanədir ki, soyudur əllərimizi?

Köhnə şeirlərin xatiri qalıb ağlımda,
Unutdurmur səni.
Bəlkə bu mahnı yanaqların isladır,
Yorğun səsim ağrıdır qəlbini.

Hərdən düşünürəm ki, mənə dönsən
Necə siləcəm olub keçənləri.
Qış günündə günəşə həsrətəm,
Yaşada bilmirəm solan bu gülləri.

Bridge (TarlanThis):
Qəm keçir, bir təhər keçir,
İndi hər seçim yanlış tərəfdədir.
İllər keçir, kimsələr gedir,
Dəyəri qalmır daha geri gələnlərin.

Verse (BadClause):
Bu hisslər sənçün heç bir şey ifadə etmir,
Və dəyəri qalmayıb artıq keçən o gözəl günlərin.
Şeirlər bəs eləmir, bir piyalə yetmir,
Təsvir etmək üçün baxışların, üz cizgilərin.

Dodaqların dodaqlarımdan nə qədər uzaqda qalıbdır ki,
Hiss edə bilmirsən sən ona toxunan göz yaşını.
Dərdimə dərman o yardır, könülə od salan,
Onsuz qeyd edəcəm deyəsən bu il, ayrılığın dörd yaşını.

Göz yaşarır, baxanda torpaqda ayaq izlərinə,
Elə bil, onun gedişi məni bu torpağa basdırdı.
Gölməçə oldu gözlərim, daşdı son sətirlərimə,
İlham pərilərim ağladı mənə bu mahnını yazdırdı.

Bridge (BadClause):
Səhərdən gözləyirəm mən səni qəhərlə,
Neçə payız keçib sənsiz bu şəhərdə?
Sevgin saxtalaşdı və
Mənkum elədi səni cümlələrimə.

Chorus (TarlanThis):
Səni bir asiman eşqinə göylərə uçuran sevgi,
Görəsən qaldırarmı səni indi yenidən göylərə?
Sus çək əllərimi üstündən sən tez get ki,
Gələndə qürurunu tək mənmi atacam yerlərə?

NEÇƏ BELƏ ƏLVİDALARA

Verse1:
Neçə belə əlvidalara, neçə belə kədərlərə, neçə belə ümidlərə,
Keçər elə gələn-gedən, yox, sevgini tələb edən, kədərlənmə sən.
Mən vərəq qələmlə qəlbə yol çəkən bəndəyəm, gecələr eşqindən ölən.
Sabahını gözlədiyin arzuların, şərəfinə iç ömrü bitmişsə dünən.

Sənlə son görüşə geydiyim o köynəyin qırışlarına toxunmamışam.
Hislərimi də basdırıram içimdə danışa bilmirəm heç onu dost-tanışa.
Dağılan çarpayının üstündə saç tellərin olduğu kimi qalıb o gündən,
Otağın qapısını açmağa belə çox qorxuram ki, ətrin küsər evimdən.

Getmə-getmə gəl qal mənimlə, məni sevmə-sevmə yada sal qəminlə,
Yadında qalıbsa sənlə illər, fəsillər keçəcəkdi bir evdə.
Biz dərd tapdıq ömrüm hər dəmində, axı səhv saldıq eşqi hislər ilə,
Səni gizlədirlər ki, istəməyim mən, mən istədikcə səni öldüm ciddən.

Bu şəhər saçlarını hördü kirlə, Bakı küləyi əsir həsrətinlə,
Məni donduran şaxta səni isidəcəksə, gəl qucaqla məni var gücünlə.
Sənə zəng çatmır keçən ayın 3-ündən, bəs eləmir axı mənə 5-6 cümlə,
Dilimdə sözlər düyünlənir, axı dünyaları verərdim o yar üçün mən.

Verse2:
Neçə belə əlvidalara, neçə belə arzulara, neçə-neçə xəyallara,
Gəlir ayağıma dar atdığım addımların ağırlığı yenə dayanmadan.
Xoş günlə xatırlasan belə adımı, yarı içkili, yarı ayıq sayıqlama,
Özün öz səhvlərinin dənizində axıtdın göz yaşı kağız qayıqlara.

Bir intihar borcum var sənə, bir ehtimal qorxum var yenə,
Təriqət kimi ovsunlar belə, həqiqət kimidi yuxumdan keçən.
Ədəb-ərkanını de qoysunlar yerə, mən üzmədim ki, boğsunlar deyə,
Geriyə dönmür onsuzda gedən, dərdimi tək yolsuzlar bilər.

Amma heç kəs bilmədi kimlə hardayam, sağ-salamatammı, yoxsa dardayam,
Necə ölürəm, necə dirilirəm, tərk edirəm ya tərk edilirəm bilmirəm.
Neçə qələm qırılıb əllərimdə, neçə ümid ölüb, ölmədiyini bilə-bilə,
Bilmirəm ki, necə gətirim dilə, dilin deyə bilmədiklərini gözlər deyər.

Bəlkə də, yorubdu "bəlkələr" məni, mən "heyif"lərinə necə heyfislənmədim,
Heç hirslənmədim, deyəndə ki, "gözəl arzuların var, heyif mənlədi".
Həsrətlə yolumu gözləsən əgər, mən gəlməsəm həminki döngədən.
Dolacaq gözlərin sən istəmədən, yağış əllərin öpəndə pəncərədən.

RƏSM

Verse1:
Ləçəklərini qopardığım güllər, tikanlarla acığını çıxır indi,
Əlimdə qələm, vərəqlər və hislər onun çıxıb getməyin istəmirdi.
Məni mən olaraq sevən var idi, mənim dostlarım var idi, bir idik,
Ayaq izləri gözdən itən gözəlsə, orda-burda məni axtarır indi.

Nədənsə tərk edib gedən kəslərdən xatirə tək rəsmlər qalıb,
Lal-dinməz dalğalar idi, bəlkə də, limandakı həsrətin dərmanı.
Əsirgədiyin hislərlə ölür bədahətim, itirir hər sətir mənanı,
Mənə görə ağlayan anda gözündən öpməyim idi ən qəliz məqamım.

Axı bu qədər tez ayrılığa hazır deyildim mən, hislərim yaralı,
Nəzm ilə, nəsr ilə təsvir edirdim sevgimi, sən gizlədin hər halın.
Ləzzəti qalmayıb daha sevib-sevilməyin belə, ömürdən gün gedir,
Ən dar anda, darıxanda, bağırda qalan ağrılar könüldən gec keçir.

Marağında qaldı o köhnә hislәr, zamanım daraldı,
Axı bir tәrәfdә gün çıxır-batır, keçir günüm, qalanım qaranlıq.
Narahatmı qaldın mәndәn gün, aylar, hәftәlәrlә sәs çıxmayanda?!
Lazım oldu-olmadı yanında qalıram, sonra yaddan çıxıram bir yandan.

Əslində әlvidaları öldürür, hәr günün ertәsi qorxudur mәni,
Mənəvi dəyərlərimi məhv edir hər eşq okeanında boğduğum gəmi.
Axtarmır məni, yerimi bilmir, maraqlanmır, oxumur heç şeirləri,
Nazlı dilbərin qəmzələrinə qəzəblənirdim, əzib zir-zibilləri.

Chorus (Hasan Badalbayli):
Nə qədər soyuq yanaq isitmişəm görən sırf sən deyə?
Əllərimə sahiblənən o yad əlləri batırmışam qəmə.
Bir dəfə də hüzn sol yanıma yad gələ, ah sən mənə
Gör necə döngələr qoymusan ki, hələ də çata bilmirəm sənə.

Verse2:
Lazım deyildi nə mərhəmətin, nə insafın, nə də ki vicdanın mənə,
Əlini qolumdan ayırdığın gündən incə cümlələrim iz salır yerə.
Məndən gedişin səni xoşbəxt etsə də, yadda qalan pis qalır yenə,
Adını şərəf dediyin şey qürurudur, tanıdığım ən pis insanın belə.

Nümunə olmayacaq bu sevgi, nə də tarixə düşməyəcək sətirlərim,
Layiq olsam əgər ən ağır dərdə, yarım üzülməyəcək mənimlə bir.
Əzabın çəksə tək keçən ömrün, yenə bilə bilməz qədrin illərin,
Mahnılarımda yaşatdığım o qızın dodağı "get" dedi, amma qəlbi dinmədi.

Ağladıqca isladır soyuq yastığı, gözlərindən axan damcılar,
Nə dadı, nə duzu qaldı sevginin, zülmətə qarışıb daha yanmayan çıraq.
Leysan yağır yanaqlarının üstünə, xatırladır qəmli vaxtları,
Əza saxlayır, o, qara libasını geyinib, yad ocağında cənnət axtarır.

Məndən ayrı düşər hər addımında sevgi, hislərimlə tərk edilsəm,
Ardına baxmadan gedər gedənlər, əgər məsafəni dərd edirsə.
Nə olursa olsun, əsla tək qoyma, buraxma qollarına onu kiminsə,
Bir insanın səndən getməyi çox normaldır, gəldiyi yolu bilirsə.

Chorus (Hasan Badalbayli):
Nə qədər soyuq yanaq isitmişəm görən sırf sən deyə?
Əllərimə sahiblənən o yad əlləri batırmışam qəmə.
Bir dəfə də hüzn sol yanıma yad gələ, ah sən mənə
Gör necə döngələr qoymusan ki, hələ də çata bilmirəm sənə.

23:10

Verse1:
Gözümdәn uzaqlaşır yar, o vaxtı hәlә qısa saçlar,
Toz olur külәklә ayaq izlәri, addımları asta.
Bu dәfә ölәn hәr iki tәrәf oldu, kimsә qalmadı hәyatda,
İki yarpaq yan-yana sarala bilirmiş bir ağacda.

Önümdә dәrd süfrәsi eşqә möhtac ölürәm acından,
Dәysә dә xәtrinә cümlәlәrim, unuda bilir әn azından.
Әrz elәdikcә vidasını, süzülür yaş yanağından,
Mәnә görә dәrd çәkdiyi mәqamlarsa gözәl hәr halından.

Sözlәri zәhәr dadında, özlәmi qәhәr bağında,
Solan gülün fәrağındaydı, hәr anı qalıb yadımda.
Gözü, qaşı, saçları, әllәri, barmaqları, gözәl camalı,
Qocalıb eşqin ahından, ömrün әn gözәl çağında.

Ayırıram tökülәn saçlarını mavi әlbisəsindәn,
Gözümdәn axan xatirәlәr batır qәm dәrәsindә.
Mәnә qulaq asanda ağlayar otağın pәncәrәsindә,
Nә qәdәr darıxdığımı başa düşәr kәdәrli sәsimdәn.

Chorus(x2):
Sevə bilmərəm əvvəlkitək
Dinə bilmərəm, sevsəm belə.
Yola salaram son mənzilə səni,
Çoxdan solub əlimdə ləçəklər.
Gəlirəm...
Bir ovuc torpağın həsrətindədir əllərim,
Amma mən sənin əvəzinə hər dəfə gül dərirəm.

Verse2:
Bu sevgi söz xәzinәsiydi hansı ki onlarla mahnı yazdırıb,
O, kobud cümlәlәrimin incә notlar idi yastığı.
Qopardığı güllәrdәn alır ayrılığın qisasını,
Vә yaralı qanadlarla çirklәndirir ağ libasını.

Qaça bilmir mәndәn hәsrәtim ardınca gedir,
Yağış saçlarını sığallayır hәzin axınıyla yelin.
Sevgi mәalıyla keçir adın ömrümün tәsvirindә,
"Geri gәl" deyә bilmirәm әlvida düyünlәnir dilimdә.

Sәni gözәl yaza bilmirәm köhnә şeirlәrdәkitәk,
Qәlbindәsә doğma gәlmir eşq ötәn illәrdәkitәk.
Gәl sözdәn cümlә tikәk, hәrflәrdәn hekayә,
Sәn yuxuma daimi sakinsәn qollarıma kirayә.

Orda bir ev var,
Hansı ki xatirәlәrlә dolubdu orda bir eyvan.
İnan ki, yoxdu bir dәrmanım hala yanan olsun,
Sәnin varlığın da, yoxluğun da yalan onsuz.
hәr sәtrim haram olsun.

SEVDİM SƏNİ

Verse 1:
Ətrini qoxlamadan sevdim səni, sevdim yəni,
Limanda yorğun ayaqlar gözlədi, gəlmədi gəmi.
Sevmədi məni, nə də saymadı təqvimləri,
Xətrinə şeir yazıb vərəqə düzdüm hər cümləni.

Hər cümə səni görməkçün bir neçə söz bəs eliyirdi,
Çoxdan küsüb o məndən, amma, gözləri yenə nəsə deyirdi.
Lal olan ayaqlar gedirdi, kar olan hisslərin ardınca,
Gündən günə keçir ömür, hər səhər sənsiz oyandıqca.

Günəş nurunu üzümə vurub gizlənirdi hardasa,
Yağış təbiəti necə unudar torpaq hələ də yaşdırsa?
Yol daşdırsa, sənə gələ bilməsəm əgər ara bir yada sal,
Sənə 20 mahnı 4 kitab bir ömür yazdım hardasa!

Gəl hardasan?! Həmin yerdəsən mi hələ də?
Tozlanıb mı pəncərələr var mı yanında bir kimsə?
İtirdim kimisə bilirsən necə tək qaldım?
Yeganə doğmamsan ki, illərdir yad kimisən.

Ayrılığımıza şahid olan hər bir küçənin
Tozunda torpağında ətrin qalıb ilk günkü kimi.
Təki sən gül deyə mən neçə gülü qırdım az yaşında,
Təxmini üç ildir qalıb ayrı saçların balışımdan.

Chorus(x2):
Sevməsən də sevərəm,
Geri gəlməsən gözlərəm.
Dedin geriyә dönmәrәm ovuclarına.

Mənim əllərimdə sənə gül,
Sənin əllərində bir ömür.
Göz yaşlarım da süzülür yollarına.

Verse2:
Bilmirsən sən... Təxmini üç ildir qalıb ayrı saçların balışımdan,
Sən bilən əvvəlki kimi gözəl qoxmur saçım saqqalım.
Kölgən gözümə qaranlıq dəyirdi şər qarışanda,
Qalanlar ölümə məhbus olur gedənlərsə sağ qalır.

Dolaşır əlimə saçları qəhvəyi gözlərində qəm,
Dodaqlar adını sayıqladı və gördü gözlərim nələr.
Xəbərsiz çıxıb getdi ürəyimdən gözlənilmədən,
Ona görə yaşamaq daha çətin gəlir ölümə nisbətən.

GERİDƏ QALAN 3 İL

Verse1:
Mən səni ağlımda dustaq eləmişdim,
Necə bu qədər tez unuda bildiyinə özüm də inana bilmirəm.
Xatirələrimizsə canlanır hərdənbir.
İndidən puç olan arzuların qədir-qiymətin de kim bilər?

Kirli əlləriylə pak sevgiyə tilsim yoğurur,
Dözmərəm özgə birisi öpsün səni, bilsin qoxunu.
Necә bәladır yoxluğun? dәrd var mәlhәmi yoxdu,
Sәnә yazdıqlarımsa sәndәn özgә hәrkәsә toxunur.

Mәn hәmin adam olaram әgәr ki sәn hәmin qız olsan.
Әlvida sözün yalan, qalan hәr bir sözün düz olsa.
Yenidən aşiq olaram hər zərrənə, hər cümlənə,
Amma ki yoxdu elə möcüzə ötən illəri geri döndərə.

Yolunda qaçan mən oldum, sonunda sənmi usandın?
Əbədi məhəbbətmi, yoxsa ümidlərmi bu sandıq?
Dedim ki, yanımda qal, gözümə yaxşı dəymir uzaqlıq,
Özgә nәfәsə məhkum oldun, o gün әlini buraxdım.

Chorus(x2):
Dәryalara bağırdım adını,
Mәn yalvaram, duy imdadımı.
Gizlәnirәm, gözlәrin axtarmır,
Әllәrinә toxunan yadlarmı?

Verse2:
Eşqin fədakarlığına bax, alır gənc yaşda canı,
Qiyamətdir rəbbim ahımı duy, köz yaşda yanır!
Atdı özünü bədən, tuta bilmədi göz yaşlarını,
Həyatın qəbahəti bu - gec böyüyüb, tez yaşlanırıq.

Ruhuma toxunmuşdum, əl izlərinə baş əyirəm mən,
Əlimdə şeirlərimi, ürəkdə səni daşıyıram mən.
İki il öncə söz verdik "Beş il sonra ailə quracağıq."
Geridə qalan o üç ilin ümidiylə yaşayıram mən.

Sətirdə qan ağlayırdım, üç nöqtə kəsdi avazımı,
Gözlərim qəm gölüydü, isti yanağa çəkdin ayazını.
Qəlbi yerinə qaytar, ölməyib hələ qəbri dayazdı,
Əllərimin qədrini bil, bu qələm hər qıza yazmır.

Adı hər misrama ünvandı, bəddi qiraət o,
Sevgimi yerə atmışdı, peşmandı, nəhayət, o.
Uzaqlarda nalə çəkim, göz yaşıyla müşayiәt ol,
Mәn sәsimә yaxşı baxım, sәn saçından muğayәt ol.

GÜNƏŞ (FEAT. NOTON)

Verse(BadClause):
Cәnnәt bir-iki gözәl cümlәdir, amma yox xeyri bizә
Sәn şeir dәftәrimin boş sәhifәsisәn
Sәn körpә qәlbin ilk ümidi vә son sevgisisәn
Sәn hәr ayın onyeddisisәn

Gedәnlәr әliboş getmir, xatirә canı aparır
Zәhәrlә hәr yaramı, sükutun içrә sәsinә küydür and-amanım
Sırf səni düşünməkdən 20 yaşda saçım ağarıb
Sevməmisən! Çünki, kefini pozmur ağlamağım

Xәyallarında gözlәri dolan yar hüsnü yad edib
İçdiyin sevgi andıdırsa, hәr bir qәdәhin olur nuş
Gülüşün eyni, ünvan ayrı, amma ruhu şad edir
Sәn demә eşq yolunda ölәnlәr dә şәhid olurmuş

Həyatı kor olan bəndə mәn, sən dә seyrimsən
Yalnızlıq çox yaraşır sәnә, məni neynirsən?
Sən mənim yaradandan belə gizlətdiyim eybimsən
Sən mənim intihardan öncəki son şeirimsən

Eşqi bәzәyәk öpüşlәrlә, qəmlә dolduraq içini
Yol çәkәn bir cüt göz, yaşla dolub min ağrı keçirir
Ya özümü yadırğamaq, ya onu xatırlamaqdır seçimim
Şәrab gülümsәmәkçün, pivә ağlamaqçün içilir

Hər dərd, dərd üstə gəlir, adınla qəm-qüssə gəlir
Mən üzünə baxa bilmirdim, ona göz vururdu özgələri
Tələsdim aşiq olmağa, təəssüf səni gözləmədim
Hər sözüm xoş gəlirdi, indi incidir cümlələrim

Bu günün sabahın vardı, talehim sandım səni, yazdım səni
Dünəninə baxmadan sevdim səni, seçdim qəmi
Ətrini qoxlamadan sevdim səni
Bircə dəfə də olsa qucaqlamadan sevdim səni, sevdim yəni

Chorus(x2):
Neçә gün, neçә hәftә, neçә aylar...
O bu yuxudan çәtin ayılar
İnanma ki, nә vaxtsa qayıdar
Mәnә sevgimi yox, özümü qaytar

Verse (Noton):
Acıları unudum deyə kimlər mənə nələr deyib
Doğruları, ağrıları zaman özü ələr deyib
Bir də gəlməz - dedim, onlar - yenə gələr - deyir
Mən çoxdan öldüm can, axirətdə üzbəüzə gələrmiyik?

Hə?! Günlər keçir, bugün-sabah
Yollarında əlil qalan, çox çarəsiz bir insanam
Ən aciz gözləməkdir, bugün gələr, gələr sabah
Bir gün möhtac olasan, can, sənə möhtac insana

Nə xəyallar qurardıq, sən olmasan ölər guya?!
Sən günəş olsaydın, ətrafında dönər dünya
İndi yoxsan sən, xəyallarım düşüb suya
Öyrəşmişəm artıq sən olmasan da dönər dünyam

****

... sonlarla barışdım,
Sevirdim mən, dinləmədim onlarla tanışımı.
Hәmin müntәzir cavanam, hicranı yollarına danışdım,
Başını köksümә söykә, saçların saqqalıma qarışsın.

Eşqi bәzәyәk öpüşlәrlә, qəmlә dolduraq içini,
Yol çәkәn bir cüt göz, yaşla dolub min ağrı keçirir.
Ya özümü yadırğamaq, ya onu xatırlamaqdır seçimim,
Şәrab gülümsәmәkçün, pivә ağlamaqçün içilir.

Hər dərd dərd üstə gəlir, adınla qəm qüssə gəlir,
Mən üzünə baxa bilmirdim ona göz vururdu özgələri.
Tələsdim aşiq olmağa təəssüf səni gözləmədin,
Hər sözüm xoş gəlirdi indi incidir cümlələrim.

Bu günün sabahın vardı, talehim sandım səni, yazdım səni,
Dünəninə baxmadan sevdim səni, seçdim qəmi.
Ətrini qoxlamadan sevdim səni,
Bircə dəfə də olsa qucaqlamadan sevdim səni, sevdim yəni.

RƏF

Verse:
Sanırdım hәr dәrdimә dәvadı yoldaşım daima,
Hәlә dә peşmanam ki, kaş düşünüb daşınsaydım.
İlk dәfә aşiq olanda yolun әn başındaydım,
Uşaqlığımı axtaranda artıq 20 yaşımdaydım.

...gecikmişdim. Çıxırdı daşdan hәr işim,
Baş verәn hәr yeni tәrkediş ağlıma qәrq olub itir.
Zamanlar, nöqsanlar dәyişir, insanlar dәyişir,
Gәlәndә xoş qonaq gәlir, gedәndә dәrd olur gedir.

Neçə-neçə həyat oxudum, neçə səhifəni əzbərlədim,
İçimdə ahu-nalə qopur, fikri uzaq aparmayın.
Var olan hər doğmama əsər yazıb, qibtə eylədim,
Bax indi həmin rəfdə kitab qalmayıb.

Neyləsin getməsin indi gözümün nuru ilahi?
Nə qədər göz yola baxsın? Qalıb intizar içində.
Elə üzmüş ahu-zarım, məni ruzigar içində,
ki, görən bu ahu-zarı qalır ahu-zar içində.

... axı mən cahana misafir,
Hicran ölüm ilə yeksan, gülümsə bir mənə xatir.
Nazlı, qəmzəli o dilbər olub şeirimə şamil,
Artıq iki ildir ki, gülmür o şair.

Camalı dərdə bürünmüş afətin gözləri nəmli,
Gözümə baxan gözünlə necə süzdün özgələrini?
Xətrimi pərişan görüb dar günün seyrinə gəldin,
Səni şərh edən əllər qürbətdədi, şeiri vətəndi.

Eyib eləsəydin, puç olardı taxt və tacın,
Bəlkə də, zəhər qoxan ruhuma dua, şərbət əlacım.
Şairin qırılsın əlləri, ya şeir dəftəri yansın
Ki, yazsa birdə nakam eşqə namə. Aləm utansın.

Yenә hәminki gün olsaydı, güzәran olsaydı,
Ağarza kimi qardaş, şeir gözlü gözəl yar olsaydı.
Eşqi qəlbə xəta, qardaşa canı fəda,
Olmazdı həminki əda, yarın saçını hörən mən olsaydım.