*Tərəfimizə aid olan parçaların Youtube üzərindən hansısa kanala yüklәnmәsi vә ya hәr hansı portal yaxud saytda qeyri-qanuni paylaşılması qәti qadağandır. Әks tәqdirdә müәllif hüquqlarını tapdalayan kәs mәsuliyyәt daşıyacaqdır.

© Noise Production

İzlə

Image Alt

“SONUNCU SƏHİFƏ”

“SONUNCU SƏHİFƏ”

Tracklist
1. SEVGİLƏR 02:06
2. YANIMDA QAL 03:15
3. MƏKTUB 03:03
4. GÜZGÜDƏ BİR KƏS (FT. ŞAHİN ƏLİZADƏ) 05:32
5. UNUTDUN (FT. KAMİL SAMEDLİ) 04:30
6. İYİRMİBEŞ 06:03
7. İKİ DÜNYA (FT. SURA İSKƏNDƏRLİ) 03:44
8. YEDDİNCİ AY 02:28
9. 4 FƏSİL ÖNCƏ (FT. HASAN BADALBAYLİ) 06:35
10. SONUNCU SƏHİFƏ 10:29
11. SƏNDƏN SONRASI 02:43
About album

BadClause – “Sonuncu səhifə” albomu artıq bütün rəqəmsal və musiqi platformalarında!

Artwork: Miri Ahmed
Executive producer: Agarza Dadashov
Generic editor: Nigar Galib
Web developer: Zaur Ali
Web content manager: Aziza Rasul
Pentester: Emil Musayev

All rights reserved. © NoisePro 2019

Artist: BadClause
Genre: Hip Hop
Publisher: NoisePro
Release Date: 05/07/2019
Label: NoisePro
Lyrics:

SEVGİLƏR

Verse:
…deyəsən özümdə deyiləm,
Sonuncu səhifədəyəm, amma heç bir ümiddə deyiləm,
Əvvəl ömür-günün idim, indi könlündə deyiləm.
Sənlə ağlaram amma inan güləsi gündə deyiləm.

Geridə qalan xatirələrin intizarıyam,
Bəlkə də o vaxtı məni sevən ürəyin tək günahıyam.
Özümdə qərq olub itdiyim yuxunun oyaq halıyam,
Mənimi məndən alıb gedən kəsin son vidasıyam. (bəlkə)

İllər öncəsində qalmışam bu yorğun halımla,
Sevgini anlamayıb istifadə etdik adından.
Keçmişin unudan kəsin ilk mən çıxıram yadından,
Geriyə elə bir eşq qalıb ki, tam ayrılıq dadında.

Heç nə gəlmir əldən nə də, zaman rəhm edə bilmir,
O qədər aldadılıb, zalım eşqi şərh edə bilmir,
İnsafına düşən ləkə heyif ki, göz yaşıyla silinmir,
Çün, mənə etdiklərinə görə o özünü əfv edə bilmir.

... intizarı bilinir hərdən,
Mən onda uşaqlığımı, o saflığını itirib məndə.
Biz bir-birimizə əksik, ağ-qara kimiyik sənlə,
Və həmişə birini ağladır həyat, o biri`ni güldürəndə.

Arada soyuqluğun,uzaqlığın, ruhun hər naxışı itib,
İnsanlığı var idi, o da sevgiyə qarışıb itib.
Taleyimlə barışıq idim, ölsə də mənə qarşı kini,
Əsla bağışlamayacam onu bunu o məndən yaxşı bilir.

Bütün varlığımla burdayam, vərəqsiz qələmsizəm,
Məhəbbətimi haqq sanardım həmişə, bu gün tərəfsizəm.
Səbrsizəm bir azca, şeirlərdəki adam deyiləm,
Gedirəm bir dəfəlik daha geri qayıdan deyiləm.

Chorus(x2):
Məni boğur bu şəhər, bu insanlar,
Məni yorur bu şeir, bu misralar.
Gedirəm bir sabah qayıtmamaq ümidiylə,
Gedirəm, əlvida, yola salanlara sevgiylə.

YANIMDA QAL

Verse1:
Yar, canım dərd çəkir, yenə birtəhər oluram mən,
Nəfəs-nəfəsə qalır bədənim, qan tər oluram mən.
Bir gecə yuxu getmir gözünə, o gecə səhər oluram mən,
Kimləsə gözəl keçir günün, o günə zəhər oluram mən.

Bəzən sükuta səs, səs-küyünəsə bəs oluram mən,
Bezirsən hər kəsdən, yad ölkəyə səfər oluram mən.
Bu zaman yorur səni, üzünə cizgilər oluram mən,
Deyəsən bəxtə xudadır taleh, oyuna zər oluram mən.

Qırıram bütün qəlbləri, bir günlük sən oluram mən,
Mənsiz alınmır, hər bir xeyrinə şər oluram mən.
Kölgəsiz ölürəm zülmətdə, tənha məhv oluram mən,
Şeytanın oxu kamandan çıxan günə hədəf oluram mən.

Gərginləşirəm hər işində, əşi əsəb oluram mən,
Bir gün kefin olmur, soyuq çayına dəm oluram mən.
Özgəsiylə qocalırsan, saçında dən oluram mən
Bircə mahnım bəsdir ki, göz yaşına səbəb oluram mən.

Chorus(x2):
Yanımda qal mənim, hisslərim daha dərin,
Önümdə bir addım var, o yola yola sal məni.
Bircə sözün məhv elədi, xəyalımdakı ailəni,
Eşqi axtaran tapa bilmir, nə dərdi aləmin?

Verse2:
Hərdən öz içində boğulursan və nəfəs oluram mən.
Bağlayıb qara bəxtini arzularına qəfəs oluram mən.
Yorur özgələri gözəl ürəyini, keçici həvəs oluram mən,
Rədd eliyib gedirsən hisslərimi və əbəs oluram mən.

Sıxır eşq intizarı, intiharçün dəniz oluram mən,
Sənə bu qədər aşiqkən özgələrinə əziz oluram mən.
Həyat çox mürəkkəbləşir, bir o qədər qəliz oluram mən,
Əl açırsan duaya, səmalarda məscid oluram mən.

Özüm öz dərinliyimdə batıb, özümə qəsd oluram mən.
İntihartək ətrin var, içimə çəkib məst oluram mən.
Düzdür dərd məndədir, çünki hər axına tərs oluram mən,
Gözündən düşür sevgi, səninçün heç kəs oluram mən.

Bəlkə ixtiyarım da yoxdu heç əlini tutmağa,
Açıldı basdırdığım hisslərimin qəbri sonradan.
Bu küləklər yetmir yanağımdakı nəmi qurutmağa,
Artıq cəsarətim belə çatmır səni unutmağa.

Chorus(x2):
Yanımda qal mənim, hisslərim daha dərin,
Önümdə bir addım var, o yola yola sal məni.
Bircə sözün məhv elədi, xəyalımdakı ailəni,
Eşqi axtaran tapa bilmir, nə dərdi aləmin?

MƏKTUB

Verse:
Salam... danışan elə həminki adamdır,
Uşaq ürəkli, amma biraz da kobud olan qocamandır.
Rəvadırsa danışacam bir şey haqda, elə biz barədə,
Ağıla gələn min bir əzab, canıma gəlib sadəcə.

İstəmədiyim o yerdəyəm, istəmədiyim haldayam,
Yarımçıq qalan içkiyəm, boş süfrədə dardayam.
İzim yoxdur, nə də tozum. Mən hardayam?!
...onun maraq dairəsindən kənardayam.

Necə bir əzabdır, ya necə əziyyətdir, necə bir eşqdir bu?
Nəfəs nəfəsə dayaq ola bilmir, daralır boşluğum.
Bəlkə, son ayrılığın idi, tənhalığıma tək sübut,
Fərqli tərəfə getsək də, biz eyni yolda yorğunuq.

Durğunuq biraz, tənha çaylar kimiyik,
Təbiət bizi sevmir, biz barsız ağaclar kimiyik.
Quruyan torpağıq, sınıq budaqda yarpaq kimiyik,
İnsan insana rast gələr, amma biz dağlar kimiyik.

İki divanə bir dəryada, hekayə oldular bir misalə,
Birisi axmağın biridir, amma birisinə heyran aləm.
Qalıblar eyni dərd içrə, ümidsizcə, biçarə,
Üzə bilməsələr də, batmağa Rəbb verməz icazə.

Bəlkə də, bir sınaqdı, şair və şeiri tək qalıb,
Sözlər vərəqə təslimdir, bir cüt ayaq səs salıb
Gəzir yanağımın üstündə, naxış çəkir, nəm salır,
Cavan çəkilən üz cizgiləri idi, səhvi rəssamın.

Necə yaraşdıra bildi yad birinə bu qədər doğmalığı?
Necə başa sala bildi bir yarıda sevginin olmadığın?
O, zalıma aldanan anda bağlandı yolu fağırın,
Sonuncu boş səhifəm idi bu yazdığım son nağılım.

Sonu kədərli. Son qədəhi bir ömürə bədəl edərmi sevgi?
Yüzü hədərdi bir nəfərə. Bir dəfə də mənlə bir gedərdi
Bu yolu necə kəsəkli-daşlı olduğunu görəydi gərək,
Məni tək görəydi gərək üzümə qəm hörəydi fələk.

İçimdə bağırtılar baxışlarıma pərdə asıb,
Görə bilmirəm həqiqəti və geyinirəm səhv libası.
Əsir əllər, donuram istidə nə qışım var, nə yazım,
Həmişə su içdiyim quyuda, məzarımı tapdım, qısası.

Ömür bu nöqtəyə düyünlənibdir bir dəfəlik,
Üzündə gülüş saxla və xatırlama kinlə məni.
İnan yüz sevənin yaşayar, amma uğruna ölər biri,
Özünə yaxşı bax, hələlik.
İmza: Sevgilərlə Miri.

GÜZGÜDƏ BİR KƏS (FT. ŞAHİN ƏLİZADƏ)

Verse1:
Yenə də eyni cümlələr, yenə də eyni cürünə mən,
Yazıb doldururam özümçün, sonluğu düşünmədən.
Ciyərlərim tüstü dolub, yenə tütün bütün bədən,
Gərək ki, çökməsin dizim, qocalıb bel bükülmədən.

Mən yarı dostlarımla birgə, yarı kimsəsiz,
Sadəcə danışmaq istəyirəm bir az hamı dinləsin.
Məni hər bir şeydən soyutdu intizarı bir kəsin,
Artıq heç bir şey ifadə eləmir o alqışın səsi.

Gərəksiz böyük səhnələr, gərəksiz bu qədər mahnı,
Gərəksizdir xoşbəxtlik, hansı ki dərmanı dərd yazmaqdır.
Bəlkə, yaxşı olaram, amma əvvəlkitək gülmərəm əsla,
Ya mən yanlış tablodayam, ya içkilidir rəssam.

Nədən yazım, nəyi izah etməyə çalışım?
İtirdim hər şeyimi, itirdim içi sən qarışıq.
Sətirlərimin hər qarışı bezib artıq mürəkkəbimdən,
Təbiət küsüb səndən, ətrini daha külək gətirməz.

Ruhlar bir bədəndə, ayrı evdə eyni otaqda
Keçən günlərimiz keçmiş indi, bu günsə tənha.
Bircə sual var ki, sevgi yoxsa qəlbimi saxta?
Ölsə də qəlbdə sevgi ümidvaram şərəfini satmaz.

İçimdən bir səs gəldi ki, çox səhv etmisən axmaq,
Hər şey maraqlıykən arzum idi yetmişə çatmaq.
İndi kədərliyik danışıb ancaq keçmiş həyatdan,
Güzgüdə bir kəs var, məndən öncə bezmiş həyatdan.

Son dəfə nə vaxt ürəkdən güldüyüm belə yadıma gəlmir heç,
O qədər uzağam yəni xoşbəxtlik anlayışından.
Həm də səndən uzaq, nəysə… məni boş ver, amma
Tapdığın hər şamı əritmə, gün gələr ki, yanmaz işıqlar.

… içində qərq olarsan həmin zülmətin,
Dönüşüm mümkün olsa məhv edərəm qəmli günləri.
Təki bircə dəfə istə, öldürərəm sən üçün məni,
Nə olsun ki, həyat nöqtələrə çeviribdi vergülləri?

Chorus (Şahin Əlizadə):
Hər dəfə deyirsən gələcəm,
Köhnə günlərin xatirinə,
Gəl ən azından son dəfə
Əllərim toxunsun əlinə,

Bağışla hər dəfə yazıram,
Qovuşmaq asandır, unutmaq çətin...
Əgər ki qayıtsan bir gecə
Yağışı götür, günəşi gətir.

Verse2:
Bu sәnә yazılan 20-ci әsәrdi ilk sәhifәdәyәm,
Sәn hәmişә qәdri itirdin vә heç olub әldә dәyәr.
Xoşbәxtlik günәşdir, mәn illәrdir kölgәdәyәm,
O gəzəndә qıraq gәzir ki, birdәn әli әlimә dәyәr.

Bilmirәm… qәlbimi qırdın niyəsə,
Bax indi ayağa qalxa bilmirәm heç, vurdun deyә sәn.
Sәtrimi elә yazıram ki, sonunda "susdum" deyәsәn,
Vicdanın nә olduğunu mәni tanıyanda unudub deyәsәn.

Mәnә “sevirәm” dedi, baxaraq üzümә, xәtri korlayıb,
Necә bir eşq yaşadıq heç otağıma әtri dolmayıb?
Qadınım xәyanәtlә puç elәmişdi eşqin on ayın,
Vә Asu yazdığım heç bir sәtrimә layiq olmayıb.

Bu mahnı sәnsizlik, ayrılıq vә qәmә yazılıb.
Vәrәqin bir kәndiri var, ucunda qәlәm asılıb.
Bilirdim ki, hәr şeirimi eşitdikcә sevinirsәn,
Get indi bunu rәfiqәlәrinә dinlәt, de ki, "mәnә yazılıb".

Dedim ki, yanımda şәrfin, gecәlәr narahat yatıram,
Mәn sәni sevdim mәhәbbәt eyib olanda.
Pәncәrәmdә pәrdә öldürür sәmanın hәr bir tonunu,
Sübhdәn sәn özgәnin sabahlarına xeyir olanda.

Bәs indi xeyir ola onda? Sözün dә tutammırsan,
Bilәrәk vurub yıxma yarı cәfadan usanmırsa.
O qәdәr gözәl varkәn, bir tәk sәni şeir etmişdim,
Sәnsә rәdd olub getdin, hələ də özündәn utanmırsan.

Chorus (Şahin Əlizadə):
Hər dəfə deyirsən gələcəm,
Köhnə günlərin xatirinə,
Gəl ən azından son dəfə
Əllərim toxunsun əlinə,

Bağışla hər dəfə yazıram,
Qovuşmaq asandır, unutmaq çətin...
Əgər ki qayıtsan bir gecə
Yağışı götür, günəşi gətir.

Verse3:
Gecələr gündüzümlə qarışıb yenə axır vaxtlar,
Bax indi gedib hamı, demişdim axı sən buraxma.
Ən yaxın dostlardan xeyir olmadı hamsı saxta,
Səndən uzağam hələ də, amma ki xatirə qalmayıb otaqda.

Hər gün eyni dərdi çəkən bulaq idi gözlər yaşımla,
Sadəcə bir baxışa görə qalmışdın yaddaşımda.
O mahnının yazılmağına səbəb sən idin ən başında,
Çoxdan yadlaşmısan heç, fərqin yoxdur başqasından.

Əhvalım yaxşı deyildi, hiss olunurdu sətrimdən,
Sən ilham pərisiydin, şair ölürdü dərdindən.
Həyatın bir otağı var idi, dolmuşdu ətrinlə,
Demişdim axı istəsəydin cənnəti gətirərdim mən.

Ayrıdır tökülәn saçları mavi әlbisəsindәn,
Gözümdәn axıb xatirәlәr batdı qәm dәrәsindә.
Mәnә qulaq asanda gülür üzü otağın pәncәrәsindә,
Nә qәdәr darıxdığımı başa düşüb kәdәrli sәsimdәn.

Chorus (Şahin Əlizadə):
Hər dəfə deyirsən gələcəm,
Köhnə günlərin xatirinə,
Gəl ən azından son dəfə
Əllərim toxunsun əlinə,

Bağışla hər dəfə yazıram,
Qovuşmaq asandır, unutmaq çətin...
Əgər ki qayıtsan bir gecə
Yağışı götür, günəşi gətir.

UNUTDUN (FT. KAMİL SAMEDLİ)

Verse1:
Sənsiz uzaqların da rəngi ayrı, sənsiz ulduzların rəsmi aydın,
Utanmasam səni unudardım, nə olsun ki sənsizəm düz bir aydır?
Rəqs eləyərdi qələm boş səhnədə, göz yaşlarım onu alqışlayardı,
Axrına çıxmasaydı əgər eşqin, bəlkə, bir gün məni bağışlayardı.

Geri dönüb alarmı qəm-kədərimi? Mən həminki divanə, biraz dəli,
Bir afətin qəlbisə viranədir, iki cahan bu canıma sığar çətin.
"Sənsiz ölərəm", - deyəndən sonra qorxutmuşdun o gün bir az məni,
Ertəsi gün ayrılanda yollarımız nə mən qorxmadım, nə sən ölmədin.

Ayrı dünyalardayıq, ayrı röyaların adamlarıyıq ayıq-sayıq,
Aşiq uçurumdaymışıq biz, ümidimiz dəniz, amma çoxdan batıb o qayıq.
Yenə dardayıq... sökülmüş hörüklərinin təlaşıyla yoldayıq,
Uçurumların bir addımlığında yaralı qanadlarla intihardayıq.

Biz ölmüşük həftələr öncəsindən bədən didərgin, boş qalıb məzar,
Gələ bilmədik öhdəsindən bu hislərin və ayrılıq oldu tək cəza.
Yorğunam daha sevdiyim o yardır, qəlbə köz basan,
"Ürək əzablardan olubdur bezar, qələm göz yaşıyla bircə söz yazar".

Chorus (Kamil Samedli):
Unutdun... bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun... qəlbimdə susmayan bir səs ucaldı.
Unutdun... unutdun məni.

Unutdun... mənli xatirələr solub saraldı,
Unutdun... qəlbimdə susmayan bir səs ucaldı.
Unutdun... unutdun məni.

Verse2:
Susur gözlərim ətrafa baxmır, başqasını sənlə səhv salar deyə,
Uzaqda yanaqların quruyar, burda dolub daşanda dəryalar selə.
Ruhum otağında ürəyim sənlədir, yəni boş bədəndə tənhayam yenə,
Alın yazımızda yuxu kimi bu tale, yoxdur bir oyadan röyadan belə.

Sevgi isti öpüş istər yanağa, sevirəm deyə quru səslə olmaz,
Getsin hamı, gedən təki sən olma, bil, səndən özgə yeni səhifəm olmaz.
Qəmlə dolan badələr intizarla adını çəkdirər, səhvən olmaz,
Yolumda yüz viran ürək həsrətdədir, hamısını yığsan, bir sən olmaz.

Səsin qürbətdə, siman xəyalımda vətənindəkitək ürəkdən gülür,
Yad ocağına qığılcım oldu tər gülüm, bir o qızdan özgə hər gedən dönüb.
Tək keçən ömür qələmsiz vərəq kimidir, sənsiz heç dadı-duzu yoxdur,
Sənsiz həyata kor baxan gözümün səması var, amma ay-ulduzu yoxdur.

Göz yaşım düşən torpaqda şeir bitdi, sətirləri dəstələdim sənə,
Ovucuma sığmır hislərim, amma mən dualarımı həsr elədim sənə.
Dərk elədim ki, mən siman cənnətim, eşitdiyim incə səsin azan,
"Ürək əzablardan olubdur bezar, qələm göz yaşıyla bircə söz yazar."

Chorus (Kamil Samedli):
Unutdun... bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun... qəlbimdə susmayan bir səs ucaldı.
Unutdun... unutdun məni.

Unutdun... mənli xatirələr solub saraldı,
Unutdun... qəlbimdə susmayan bir səs ucaldı.
Unutdun... unutdun məni.

İYİRMİBEŞ

Verse:
Artıq baxışlarında o vaxtkı ifadə yoxdur,
Artıq sənə qarşı olan hislərimin adı yoxdur.
Artıq sözlər belə yarım qalıb ardı yoxdur,
O vaxt geri dönə bilərdi, artıq ixtiyarı yoxdur.

Əlimi tutmağa yox, ixtiyarı unutmağa,
Keçən o gözəl günləri, xatirələri qırağa atmağa.
İtirib gül camalındakı qəmzəsin hər gün ağlamaq,
Özlüyündə üzü də qalmayıbdı artıq üzümə baxmağa.

Dəyişib saç düzümün, dəyişib gülüşlərini,
Bu dəfə başqası da yoxdur ki, gəlib quruda dənizlərini.
Tənhalıqsa qəliz gəlmir ona, çünki o itirib daha saf hislərini,
Geriyə də dönə bilmir, qarışdırır ayaq izlərini.

Yoxdur bir dəvası dərdinin, yoxdur çarəsi,
Boğulur öz bağırtılarında yox, duyan naləsin.
O itirib artıq ailəsin öz yalan-dolanlarında,
Güvəni də qalmayıb özünə qarşı addımlar iradəsiz.

Ovuclarıma sığınan cümlələrin intizarıdır bu,
Səmaya qalxan ruhumun ürəyimə fəryadıdır bu.
Cəhənnəm iztirabıdır bu, hansı ki yandırır canımı,
Əzəldən günah idi bu, indi yorur vicdanımı.

Bəlkə də, əvvəlki vaxtlara geri dönmək istəyərdim,
Həminki skamekada, həminki həyəcanla.
Yolunu gözləyən o insanın yerində olmaq
İstəyərdim mən, həminki tənhalığımla.

Heyif ki, pozduğumuz andlar buna imkan vermir,
Nə qədər sadə görünsə də, ayrılıq canımdan can alır bu gün.
Məhəbbətə kor gözləriylə baxan insan sevmir,
O insanın yeridir ki, ürəkdə boş qalıb bu gün.

Doğma prospektdən yad biri kimi ötüb keçmək,
Bu küt nəzərlə kəsilmir soyuq addımların ardı.
İslanmış səkidəki ayaq izlərini ayırd etmək,
Bu küçədən hər keçdiyimizdə məni qucaqlayardı.

Birinci dəfə məhz bu yolda toxunmuşdum əllərinə,
Sakitcə qucaqlayıb, eşqi etiraf eləmişdim.
Utandığımdan baxa bilməmişdim gözlərinə,
Amma necə sevindiyimi ilk öpüşdən hiss eləmişdi.

O gündən ümidlərimi azad elədim boz səmaya,
Artıq üzülməyimçün bir səbəb qalmamışdı.
Bu gedişlə sevgimiz addım atdı düz bir aya,
Gecə təbrik mesajı yazanda sevincdən ağlamışdım.

Yəqin ki, ona da xoş gəlirdi körpətək sevilməyi,
O gənc yaşımda uşaqlığımı geriyə qaytarırdı.
Ən dar vaxtlarında belə ikimizi bir düşünməyi,
Sanki məni məndən alıb ayrı bir yerə aparırdı.

Bakının küçələrində Parisdəymişik kimi gəzmək,
Yorğun halının ardından üzünə gülüş səpir.
Hər dəfə eyni küçədən ilk dəfəymiş kimi keçmək,
Həminki həyəcanı duymaq birazca gülümsədir.

İkinci ayı geridə qoyduq, bir az soyuqluq var idi,
Çünki təkcə sevgi bəs eləmirdi bəzi şeylər üçün.
Üzülməyini istəmirdim, həyatı yaxşı olmalıydı,
“Canım, hər şey düzələcək”, - demişdim, gözlərindən öpüb.

Nədənsə inancı belə qalmamışdı heç nəyə qarşı,
Elə bil kimsə əlindən bütün ümidlərin almışdı.
Mən yenə yanında olmağa çalışırdım pis-yaxşı,
Amma bunu hiss edə bilmirdi məni də yadırğamışdı.

Beləcə ötüb keçən hər gün daha pisləşirdi,
Hətta günahı da özümdə görməyə başlayırdım.
Hər şey düzəlmək yerinə daha da qəlizləşirdi,
Artıq münasibəti ayaqda tək saxlayırdım.

Get-gedə azalmışdı görüş günləri,
Mən mesaj yazmadıqca qürur eliyib salmırdı yada.
Gözümdən gözün qaçırdır, yalandan gülüşlərindən
Başa düşürdüm ki, əvvəlkitək sevmirdi daha məni.

Nə biləydim ki, sonunda ayrılıq var bu çağların?
Heyif ki, bu qədər xoşbəxtlik ona dərd olmuşdu.
Mən ayrı qalmaq istəmirəm deyib, bərk qucaqlayıb,
Barışmaq istəyəndə o, nöqtəni çoxdan qoymuşdu.

O günün axşamında qaraladığım beş-altı cümlə,
O qədər yaşanılmışlıqlarımıza tamam tərs gəlir.
Sonuncu görüşümüzdən ötüb keçən on altı gündə,
Hər axşam evə gəlməyini gizlincə izlədim sənin.

Nə yalan deyim, çox darıxmışam təbəssümün üçün,
Çünki bu məni xoşbəxt edən yeganə şey idi.
Artıq bəhanəm də yoxdu, yolunu gözləməyimçün,
Çünki o görüşə gecikib özgə birini gözlədir indi.

Mən özümü sənlə birgə təsəvvür etmişdim,
Məni sənsiz görən insanları kor olub deyə düşünürdüm.
Nə qədər yanıldığımı çox gec dərk etmişdim mən,
Sən demə, xəyalındakı sevgin deyilmiş ömürlük.

Kiçik bir boşluğu səhvən böyük sevgiylə doldurub,
Çoxdan həddini aşmışdım eşq ehtiyacının.
Sənə günəş olmuşdum mən, min özgə çiçəyi soldurub,
Bu ömür bağçasında bircə səndə görüb əlacımı.

Bir uşaq təbəssümündəki saflıqdan əsər yoxdu,
Bu adam mən deyiləm, axı bunu sən yaratmısan.
Hələ də gəlib-gedib səni soruşur məndən çoxsu,
Sənsə məndən əl çəkib özgə könlünə yatmısan.

Ən gözəl bəhanəydi sənin məni uzaqda görməyin,
Hər şey yoluna düşə bilərdi, ayrılıq olmamalıydı.
Mənim ətrim qoxan bəyaz cizgili mavi köynəyin,
Naxışlarına başqa birinin əli toxunmamalıydı.

Yetəri qədər uzaqlaşa bilmişdi məndən axır,
Sonuncu sözü olmuşdu ki, gedirəm, qayıdan deyiləm.
Özü dəfələrlə dedi ki, ayrılacağıq əvvəl-axır amma ki,
Hər nə olsa da, mən heç nəyə görə peşman deyiləm.

“Sən qol-qanadımsan”, - demişdi ilk başlarda.
İndi qolları özgə ünvanda qanadsız qalıb.
Dedik ki, bu möcüzə olardı əgər bir yaşlansaq,
Möcüzəyə inanmır, indi sözüm cavabsız qalır.

Heyif ki, bitdi bu sevda 4 ay tamam olmadan.
Onu həsrət çəkməyə qoymurlar özgə diyarda.
Dedi ki, çıxma önümə bir də əgər heç qarşılaşmasaq,
Rahatca unuduram və zərrə qədər canım yanmaz.

Necə rədd edə bildiyinə baxdım təəccüb içində,
Son iyirmi bir ildə məni kimsə bu qədər yormamışdı.
Təbii ki, hörmət ilə yanaşırdım hər bir seçiminə,
Amma daha hörmət edəsi bir seçim də qalmamışdı.

Olan-olub artıq keçi, olana çarə olacaqlardı
Təkcə gələcəyə baxmaq keçmişi unutdurmur.
Sənin haqqında yazdığım dəftərdə ocaq yandı,
Qıraqda boş qalan hər vərəq ümidə sübutdurmu?

Ürəyim səni sevdikcə daxildə məhv olurmuşam,
Elə bil dörd ay öncə ölüb dünən dəfn olunmuşam.
Yanlış səhnədəymişəm, ya tamam səhv roluymuşam,
Bəsdir əl çəkin artıq məndən, çox yorulmuşam.

İndi öz dərdinə yan, səni mənsiz həyat gözləyir,
Artıq yıxılsan da əlini tutan biri olmayacaq.
O getdiyin yolda gəlib tənha tapacaqlar səni,
Geri dönəcəksən, amma inan həminki Miri olmayacaq.

Bu haqda heç bir şey danışmaq istəmirəm daha,
Canımı yandırır hər bir cümlədə içimdən gələn.
Sən bilən əvvəlki kimi gücüm yoxdur səni bağışlamağa,
Çıx get indi haqqımı halal eləmirəm sənə!

İKİ DÜNYA (FT. SURA İSKƏNDƏRLİ)

Verse 1:
Açıram bağlanmış bir kitabı, açıram qəm dəftərin, haqq-hesabın,
Açıram elə sevgi qapılarını ki, hansılar ki heçə sayır maddiyyatı.
Unuldulmasın yaşananlar, ümidlər üzünə təbəssüm qonsun ən azı,
Gərək, ürək tox olsun dolu, ya da boş cibin eşqə heç olmasın aidiyyatı.

Biz neçə-neçə qasırğadan sağ çıxmışıq, neçə sərt dalğa görmüşük,
Neçə ağlayan üzü güldürmüşük, indisə ağlayan elə biz özümüzmüşük.
Uzun yolda, tək-tanha şəhərdən uzaqlaşan insanın bezarlığıyıq biz,
Kimsəsiz ölən kəslərin, tərk edilən evlərin məzarlığıyıq biz.

Bol çirkab içində boğuluruq, çarə qılan yox, kömək edən yoxdur,
Çıxıb gedən var, geri gələn yoxdur, hələ də yaxşılıq gözləyir çoxsu.
Bir-birimizə nə qədər uzaq olsaq da, küləyimiz eynidir, yağışımız eyni,
Kədərimiz eynidir, gülüş eyni, amma kaş həmişəkitək görüşəydik.

Çünki biz birlikdə olanda ayrı cür dönür dünya, ayrı cür axır zaman,
Yox olur ağrılar, bitir gecələrim, payız olan diyara gəlir bahar.
İndisə yoxdu heç nə bir salam, nə də bir xatirə sənin ardından qalan,
Üstümə çökür bu cümlə-cahan, sən bir dünya, mənsə bir insanam yar.

Çək qara buludlarını üstümdən, günəşin saçağına kölgələr hörmə,
Uzaqlığın bir faydası yox, inan, son ümid çırağın sönmədən dön gəl.
Yolunu çaşmağını gözlər hər döngə, sənlə keçən hər bir gün bədəl ömürə,
Üzr istərəm, haqqım halaldır, amma gördüyüm günləri görmədən ölmə.

Chorus (ft. Sura İskəndərli) (x2):
Məni dərd alacaq səni yadlar,
Kim tutacaq əlindən sevgimizin?
Bu sevgi bizim...
Kül oldum, keçmir saatlar.

Verse 2:
Qəlbim yüz xəyanətə adət, amma mən sevdim içdən onu xəyalən,
Qaytar gözlərimin önünə, ya rəbb, sevdiyim o gözəl qızı, necə də biçarə,
Olduğunu görüm, necə təngənəfəs olub yollarımda, necə mənsiz qalıb,
Bircə yalana qurban gedən yarım, illərlə özünü səhvsiz sanıb.

Heç vaxt əməlini bağışlaya bilməz, nəticəsi əlvidadırsa sonda,
Qır qələmini, cır vərəqləri, tulla, yerli-dibli unut, al qisas ondan.
Əgər uzaqlar əngəldirsə yoluna, mən cümlələrdə qovuşdurum bizi,
Bu gün salam-sağoluna möhtac qalıb, hər gün əhvalını soruşduğun biri.

Yanımda qaldığın zamanlara yazılan iyirmi beşinci məktubumdur bu,
Məhəbbətin naxış olduğu xalçaya toz-torpaq atan tək qürurdurmu?
Eşqə ac ürəyimi qəm doyuzdurur, səhvlərimin üzünə kin qusur qələmim,
Qəlbimə hələ də heyranam ki, necə sevə bilirdi min qüsurla səni?

Amma məndə də səhv var idi, qəlbini qırdım həmin tək qadının,
İndi bilmirəm hansı şeirə sığdırım, ya necə tərk edim bu tənhalığı.
Bəlkə, günah elə hər ikimizdə idi ki, bağlılığı eşqlə səhv salırıq,
Artıq bütün olanlar keçib, artıq ayrıyıq... tək qalırıq.

Chorus (ft. Sura İskəndərli) (x2):
Məni dərd alacaq səni yadlar,
Kim tutacaq əlindən sevgimizin?
Bu sevgi bizim...
Kül oldum, keçmir saatlar.

YEDDİNCİ AY

Verse:
Sənin mərhəmətin yox, eşqin yarım saatlıq,
Həmin sevgi mahnıları daha məni xatırlatmır.
Qayğısız, nəvazişsiz körpə kimiyəm,
Tərk edilmək üçün çox tezdir sənsizliyə yaşım çatmır.

Bir ömür mənə dar gəlir, ağrılarımı izah etmək üçün,
Bir vərəq yetəri qədər bəsdir, eşqi kitab etmək üçün.
İndi ziyan etmək üçün əlimdə tək canım qalıbdı,
O qədər ürək sözüm var ki, deməmişəm heç yarım qalıbdı.

Yoxdur dərd ortağım daha, heç kimim qalmayıb artıq,
Şərəfini görəcəyim günə saxladım badənin axrın.
Həsrətin rahat buraxmır, bu əzab qəlbimə yatıb,
Artıq bir ay olacaq ki, ölümdən betərdir həyatım.

İnsafsız ol vur qır dağıt, yaşaran gözümə baxma,
Bir ömür arxamca bax razıyam amma, üzümə baxma.
Sən də hamı kimi ən dar anda get, sözümə baxma.
Əgər varsa sevgini ver mənə, qalanını özünə saxla.

İçində gözəl hisslərdi amma cismən səhv tanınırsan,
Öldürür həyat eşqini boğur içində qəddar o insan.
Basdırılan hər duyğunu tənhalıqla səhv salırıqsa,
Nəyə gərəkdi sevgi ən sonunda tək qalırıqsa.

Sənlə bir evin ayrı otaqlarında eşqə düşmüşük,
Unudulan o mahnıların hər notunda birgə ölmüşük.
Rəsminə gözüm düşüb, yağışlı vaxtlarda üşüyüb,
Ağlayan gözlərindən öpdüyüm anları bir də düşün.

Məsafələrə dözməyən eşq əlvidana təslim olub,
Mən pis olub yolunu gözləyəndə gəldi qəmli sonum.
Yaşımla islananda saçları, gözümdən sərdim onu,
Bir dəfə üzümə gülən gözəl neçə ildir ki, dərdim olub.

Aşiq olan ürəy qəmgin halım ilə zalim olub,
Saf eşqin bəyani nazlı yar əğyarə dair olub.
Düşünür daim onu arzuladığı həyata sahib olub,
Və keçib keçmişin izləri axı ayırıb tale yolu.

4 FƏSİL ÖNCƏ (FT. HASAN BADALBAYLİ)

Verse1:
Son bir neçə ildir, həyat ürəyimcə getmir nəsə,
Uzaqlardadır kölgən və bilmirəm ki, kimləsən.
Ruhun kimlə, xoşbəxtliyə çəkirsən hər kimi məsəl,
Axı hər şey yoluna düşərdi, məni bir dəfə dinləsən.

İstəmədən uzaq düşdük və bilmədən kimdə səhv,
Sevgi gözümü kor edib, hələ də düşünürəm ki, mənləsən.
Kimləsə yenidən doğulub, ölürsənmi kimləsə?!
Əslində mənlə olmasan da, iyirmibeşlərimdəsən.

Nə tənhalıq, nə həsrət, nə qəlb ağrısı əl çəkmədi,
Dərman axtaranda, dərdimi tapdım, yar, ən sərt qəmi.
Ələxsus da sənlə yaşadım, intiharda hər səhnəni,
Rəsminə aşiq qəlb pərişan, kim aldı məndən səni?

Leyl içində boğuldum, şəfəqdən iraq, yağış narın,
İçimdə bir pis insan var ki, tanrı onu bağışlamır.
... yorğundur baxışlarım.
Sevdiyim mavi köynəyin kir içindədi naxışları.
---
... insafımdan əsər yox daha,
Qırılan qəlblər qələmə məhkumdur, qəmgin intibah.
Neçə dövrə şahid oldum, vərəqlərimdə min günah,
Amma izah edə bilmədi, bu sevgimi heç bir kitab.

Özümə sədlər çəkdim, boğulub tənhalığımda,
Özümə gələcəm bir gün çıxsan sən ağlımdan.
Bir damcı göz yaşının 40 il xatirəsi qaldı məndə,
O bir damcıya möhtacam sevgi səhralığında.

Nədən bu qəddarlığın, axı sən məni yaxşı bilirdin,
Səndən uzaqda bədbəxt, səninlə yaxşı kimiydim.
Səsimi belə unutmusan, son dəfə zəng edəndə,
Dedim: “Salam can necəsən?”, dedin: “Sağ ol, yaxşı. Kim idi?”

… məni xatırlamağı unutma,
Neçə ayaq izini özlüyündə qərq edib bu torpaq.
İllərin xəyalı olub da bircə gündə puç olmaq,
Ya mənlə qal bir ömür boyu, ya da ki çıx get heç olma.

Chorus (ft. Hasan Badalbayli) (x2):
Üzümdəki bu hüznü anlasan bir gün,
Gəl nurunla qaraltma dünyamı,
Bir mələk düşün, hər şeyi düzgün,
İçdən ağlayır, ürəyi dayanmır.

Qırmamaq üçün hər dəfə qəlbini,
Otaq şüşələri paramparçadır.
Səni qucaqladığı hər bir günün
Üzünə gülüb arxasıyca ağladı.

Verse2:
… saflığını kirlə dəyişib,
Dəyişib gülüşləri, saç düzümü, şəkilləri dəyişib.
Hər gün eyni olan xasiyyəti də birdən dəyişib,
Bəlkə, çox sevirdi məni təkcə fikirləri dəyişib,

Hələ də vəfasızdır o, gündə bir süfrəni dəyişir,
Mənlə olan eşqinisə hansısa zibillə dəyişib.
Bir müddət tək qalır özüylə, öz tənhalığında,
Və bir müddət sonra isə sevgililər dəyişir!

O, məni yaxşı bilir, dərdimə özümə kimlə nə işim?
Zahirini dəyişmək istəyəndə içdən dəyişib.
Ruhun fahişəliyini gizlədəndə, hislər dəyişib,
O vaxt mənlə birgə qeyd etdiyi günlər dəyişib.

Yar siyah əba geyib mən aldığım köynəyi dəyişib,
Hər şeyi yoluna qoymaq istəyəndə gör nəyi dəyişib?
Yırtıb kəlağayısını, vicdanının örpəyi dəyişib,
Düz 3 ay soyuq danışdı, bir keçən 4 ayı dəyişib.

Varlığı yaz axşamıydı, ömrə yağan qar onu da dəyişib,
Davranmırdı əvvəlkitək salam-sağol’u da dəyişib.
Hər şey düzəlsə belə çox, heyif ki, bir mən dəyişib,
Toparlaya bilmədim özümü, gördüm illər dəyişib.

Mənlə olan şəkli səhifəsində hirslə dəyişib,
Düşünüb taleyin dəyişdiyin, ya qismət dəyişib.
Qəlbi öz yerindədi hələ, o zərif xisləti dəyişib,
Bəlkə də, səhv məndə idi ki, mənə olan istəyi dəyişib.

Gəl indi düzün denən, de etmişəm pis nəyi dəyişib?
Danışsaq həll olardı, nə susmuşuq biz nəyi dəyişib?
Sənə görə keçərdim hərşeyimdən, bu risk nəyi dəyişib?
Bizdən yazdığım vaxtlarda olmadı, bir zəif əl işim.

Dəyişib yalanlarını, qurduğu hər cümləni dəyişib,
Dəyişib “çox sağ ol”ları və “təşəkkür”ləri dəyişib.
Saralmış yarpaqlara mən alan gülləri dəyişib.
Xəyalındakı ailəni, gəlinliyi, üzükləri dəyişib!
-
Elə, bəlkə, buna görə soyuqdur hələ də sənsiz əllərim,
Uzağı üzr istərdim, əgər olsa idi səhv mənim.
Rəhm etmir ağrılar, düşüncəmdə qəm gicəllənir,
Amandır, unudub hər şeyi, bircə dəfə “gəl” desən gəlim.

Bir bilsən necə ağır gəlir, bu tənha uşaq üçün,
Bədən didərgindir, yoxluğunda səndən uzaq ruh.
Mənə nifrətlə baxıb son ayrılan gün dedin ki,
“Nə p*x yeyirsənsə ye təki qurbanın olum məndən uzaq dur.”

O gün bu gündür ki, gülmür üzüm sənsiz alınmır,
Yalan satıram özümə sevgi bir nəfərsiz alınmır.
Hal-əhvalım yerində deyil, dərd və sər misalımdır,
Hər dəfə daha da çökürəm, inan həyat kədərsiz alınmır.

Keçir aylar-həftələr, günlər ötür zaman durur qəsdimə,
Dönürəm eşqin əsrinə, çıx gəl, ayrılıq əbəs edən.
Bu dərdi doldurub qəlbimə, göz yaşı dəyir hər simə,
Özgələr oxuyur şərqilər, heyif, özgə qonaq rəsminə.

Chorus (ft. Hasan Badalbayli) (x2):
Üzümdəki bu hüznü anlasan bir gün,
Gəl nurunla qaraltma dünyamı,
Bir mələk düşün, hər şeyi düzgün,
İçdən ağlayır, ürəyi dayanmır.

Qırmamaq üçün hər dəfə qəlbini,
Otaq şüşələri paramparçadır.
Səni qucaqladığı hər bir günün
Üzünə gülüb arxasıyca ağladı.

SONUNCU SƏHİFƏ

Verse1:
… deyəsən özümdə deyiləm,
Sonuncu səhifədəyəm, amma heç bir ümiddə deyiləm.
Əvvəl ömür-günün idim, indi könlündə deyiləm,
Sənlə ağlaram, amma inan güləsi gündə deyiləm.

Qayıdacam hər şeyin əvvəlinə - 2014-ə,
O vaxtkı ruh və görkəm öz yerində, yox kölgəm.
Əriyib sönmüşəm… qucaqla məni möhkəm,
Rədd olub gedək burdan, yoxsa bizi anlamaz bu ölkə.

Bu gün qəlbimə yatan hər kəs, sabah gözümdən düşür,
Nə qədər uzaq olsaq da, məni həmişə özünlə düşün.
Həmişə yanındayam, qulaqcığında, dar anındayam,
Geridə bir il qalıb, dörd ildir ki, yollarındayam.

Neçə belə 25-lərə, neçə belə 9 dekabr-lara,
Neçə belə 19-lara, neçə belə əlvidalara.
Qəlbi dağlaram, bir axmağam, şeirlər ərmağan,
Məhv olmuşam artıq, güc yoxdur namə yazmağa.

Mahnılar kömək deyil, nə şeir dəftəri,
Canımı alan misralar, məlhəmi qırıq qəlblərin.
Bir vərəq üstündə min bir ürəyə çarə tapan mən,
Bu gün tənha qalmışam və hislərim qəfəsdədir.

Zibil... dolmuşam yenə,
Yazıb qəlbi boşaldıram, ruhu boğmuşam qəmə.
Mən nifrətə yaraşan hər hissi borcluyam sənə,
Bəlkə də, bir gün unuda bilərəm səni, yoxlayam gərək.

Ölümə atdığım ilk addım sənə aşiq olmaq idi,
İkinci addımda özgələrini sən saymağı bildim.
Ən böyük arzum nə vaxtsa şair olmaq idi,
Şair oldum, qaldı şeirə layiq olmaq indi.

Demə ki, "səni sevə bilmirəm", necə yəni "narahat olma mənə görə",
Mən itirdiyim hisləri geri qaytarmışdım sənə görə.
Aramızı vuran hər bir kəs aramızdaymış sən demə,
Özgəsi gözlərini silməsin, ağlasan mənə görə.

Birtəhərdi məni görən, dərd olurdu hər ağlamağım,
Səsinə möhtac olmuşam, susmağınsa güldən ağır.
Bir əldə çaxır, o biri əldə qələm, vərəq darmadağın,
Bircə qalan qəlbim idi, onu da məndən aldın axır.

... sonuna çatır başladığımız hər yol,
İndi qırılıb qol qanadım, sənsə məlhəmimə dərd ol.
Qopar məni bu boz şəhərdən, apar ruhu qürbətə,
Üzümü güldür ayaq açıb qaçsın bu kədər qəflətən.

Mən zəhərə şərbətəm, sən isti ürəyə soyuq yağış,
Mən günəşdə zülmətəm, sən aylı gecədə yuxuma qarış.
Əlinə kimsə toxunmamış, qayıt gəl ki, bir qocalaq,
Bu atəş səmaya qalxmamış, səpdin kül ocağa.

Qəlbim həminki bədbindi, baxmadı xoş gün dadına,
Göz yaşıyla doğulan ümidi, dəfn edirəm külqabına.
Bəlkə, səni bağışlamaqçün ikinci bir üz tapılar,
Özünü görməyə həsrətəm deyə şəklinə gül uzadıram.

Dedi ki, tale ayırsa bizi, qara bəxtimi süz yazına,
Sənə qismət olan məhəbbət, dərddir yüz qadına.
Şeirlərimi düz saçına, bir gün ölsə bədahətim,
Onsuz bu sərxoş halım, cana min bir bəla gətirib.

Hər gün ayrı içki masası, hər gün ayrı təbəssüm,
Hər gün ayrı sifət görürəm, hər gün ağrı və hər gün,
Ayrı bir hala düşürəm, ayıla bilmirəm heç səhəri gün,
Bütün olanlar isə cəmi bir-iki rumka zəhərçün.

Özümə hakim ola bilmirəm, özü də sanki rola girmişəm,
Nifrət edirəm özümə, necə belə məhv ola bilmişəm?
Yazmaq istəyirəm, fikir bir yerə cəmlənmir,
Ağ vərəqdə yoxa çıxıram və gedən nəfəs gəlmir.

Nə qazanmaq, nə itirməyə dəyməz heç kimi,
Kibirlə məhəbbət eyni qəlbdədirsə, keçməz heç kinin.
Heç vaxt... gələcəyim olaraq gördüyüm biri,
Bu gün gözümün önünə gəlir keçmişim kimi.

Adına sətir düzdüyüm bəndimə kin bəsləyir indidən,
İlk görüşdə aşiq olub nifrət edir ikincidə.
Ömür relsləri üstündə son qatar mən, ilki sən,
Sən də çıxıb getsən əgər bu göz yaşımı kim silər?

Verse2:
Çox tez böyüdüm, ağrılar keçəcək sandım,
Səni silməyə çalışır, gəlib həyatıma girən hər qadın.
Dünən ümid paylayan, sabah eşq dinlənər yardım
Edənin olmaz onda ömürdən gün dilənər saatın.

Bu gün yaxşı ki, varam, amma sabah olmasam nə olacaq?
Yolumu gözləsən də, gözlərində nəm çoxalacaq, o dolacaq.
Onda gedəsi yerin olmaz, ölsən də ömür heç olar,
İnan ki, üzr istəməkçün belə həqiqətən gec olar.

Xoş gəlsə də hər dəfəsində üzünü görmək,
Səndən uzaq durub, gündə birinin açardım örpəyin.
Qırardım bütün qəlbləri, sən olardım mən,
Onda bilərdin ki, nə deməkdir sevilmədən ölmək.

Hələ də bilmirəm ki, doğrun hansı, yalanın hansı,
Hər sözünü həqiqət sayıb, yanaşmadım müəamma ilə.
Yox əgər yanılıramsa, yaxşı onda durub izah elə,
Hansı cəhənnəmdədir bəs xəyalını qurduğumuz ailə?

Dolur risalə, qəmlə sonu,
Səhvən itirdim ömrümün yeddi ayını sənlə olub.
Böyük sevgimiz var idi, məhv elədin qəsdən onu,
Halbuki unuda bilərdin, aramızda hər nə olub.

Yenidən gəlmişəm bax həmin ünvana qızılgül dərib,
Adını soyuqluq qoyub axtarmadın düz on gün məni.
Hətta xəyanət etdiyimi düşünüb üzümə gülmədin,
Axı incidə bilməzdim onun-bunun qızı üçün səni.

Yox uzun müddətim, qarışacam izsiz qeybə,
Məni tanıya bilmədin, kibir-kinsizəm, siz deyiləm.
Sənsizliyi yaşasam belə, mənliksiz deyiləm,
Düzü hər kəsdən məhrumam, amma heç kimsiz deyiləm.

Uzaqda bəzi dost dediklərin,
Fağırın süfrəsinə, ac qarına gedir tox dediklərin.
Eyib bir az səndədir ki, sənə nankor dediklərin,
Kar-kor eşitmədin, nə görmədin, nə pox yediklərin.

Yenə həminki gün olsaydı, güzəran olsaydı,
Ağarza kimi qardaş, şeir gözlü gözəl yar olsaydı.
Səbəbsiz getdilər, kimləri ki, mən ailəm saydım,
Artıq intihar eləmişdin, yerimdə sən olsaydın.

Əvvəl sevgidən yazırdım, indi şeirim əsəbdən,
Əvvəl məni pis edən şeylərə, indi sevinirəm hərdən.
Dəyişirəm əldən-əldə dolandıqca sevgi-məhəbbət,
Ürək elə hey deyir ki, hər axşam-səhər içib zəhərlən.

Özündən uzaqlaş bir az, kim qalacaq sənlə?
Düşün, sənlə olan gün gələcək köz basacaq qəlbə.
Sonda unudulacaqsan və bircə hiss qalacaq səndə
Ki, sevməyə dəyməz heç kimi eşqin sanaraq həm də.

Heç kim səndən biri deyil, hər kəs özgədir,
Və illər ötüb keçdi, kül oldum altında közlərin.
Gözlərim yolunda qaldı, yox dəvası özləmin,
Ən çox özüm üçün darıxıram, inan, boşdur özgəsi.

Bəlkə, bir-iki söz bəsimdi, görənə qədər kölgəsin,
Məni tərk edən kəslərin, dönməyə yoxmuş öhdəsi.
Vicdansız valideyn kimi özgə qapıya atar körpəsin,
Bu qədər kor ola bilməz insan ki, övladını görməsin.

Mən nə qəddarlıqlar gördüm, nə yalanlar gördüm,
Dost ölən vaxtı, vecsiz olub sağ olanlar gördüm.
Bir qıza görə artistlik edən nə oğlanlar gördüm,
Kiçik dərəyə rast gələndə dağ olanlar gördüm.

Heyif, bir az insafsızam, bir az mərhəmətsizəm,
Baş daşa dəymir, gəlmədən qəm dizə və fərsizəm.
Aydındır mən qədər sizə tənhalıqlar, çünki bəzən,
Eşqi yaşamaq üçün bəs eləmirdi bir nəfər bizə.

Bu qədər yorulmazdı qələm, hər kəsə xətt çəkə bilsə,
Birgə güldüyüm dostlarımla bir dərd çəkə bilsəm.
Özümdən uzaqlaşmaram, düzələrəm onda yol tapıb,
Nə yaxşılığım vardısa haram elədi köhnə dostlarım.

Verse3:
Ən başından səhv məndə idi, günah məndə,
Ağladığımı görməyənə gözüm gələr, quraq əlbət.
Ruhuma ağrı verir, çoxdandır bu sual məndə,
Haqqımı niyə tapdaladı və niyə incidi Sura məndən?

Mən o qızı sənətçi eləyib əl işlərinə kömək edəcəkdim.
İçimdə kin yox idi, vallah, təkcə kömək edəcəkdim.
Necə düşünə bilmişdi, bunları nəyəsə görə edəcəyimi,
Axı heç kimi yox idi, ona etməyib kimə edəcəkdim?

Arada sevgi qırağa, halal zəhmətimi yerə vurdu,
Bilmədim 5 ay sonra məni egosuna kölə edəcəyini.
Məhşur olmaq istəyirdin, istədiyin yerdəsən.
Və bunun təşəkkürünü heç kimə yox mənə edəcəkdin.

Evinə pul qazanmaq üçün fağır qalmışdı aralarda,
Studiyaya gətirdim səni yığıb toyxanalardan
Ki, qazan əlin-ayağın təmiz, axı nə işin var oralarda?
... nəysə, arada keç buralardan.

... sənsiz keçir iyirmibeşlərim,
Unutdun hər şeyin olan adamı saydın indi heç nəyin.
Ruhunu kinlə bəsləyib məhv edə bildin hər şeyi,
Arada hörmət qaldı gözlədin onun da itməyin.

O vaxtkı kimi durğunuq hələ də, tənha çaylar kimiyik,
Qış günündə çıxan günəş, yayda yanvar kimiyik.
Bir vaxt aldığımız hər nəfəsdə bir yerdəyik,
İndi tamam yad insanlar kimiyik.

Xeyli günahkar idin deyə, mən sayırdım hər nazın eyib,
Ürək keçir həmin küçədən, ayaqlarım razı deyil.
Sevgi sanırdım intahası deyil, eşqə ən azı heyif,
Yüzdən biri qalır sənlə “yanındayam”-ı hamısı deyir.

... baxışlarıma qəm çökür hərdən,
Ayaq izləri seçildi gözlərimdən nəm çəkiləndə.
Səni bircə gün görməyəndə, nə qədər çox darıxırdım,
Beş aydır danışmırıq, gör ki, indi nələr çəkirəm mən.

Bəlkə də, bu həsrətimə əlacdı bir səs,
Hələ də yolunu gözləyir həyəcanla, təlaşlı bir kəs.
Nə vaxtsa keçər canımın ağrısı, amma sağalmır hislər,
Bütün doğrularımızı öldürdü ən adi bir səhv.

Dama-dama gölməçə oldum, tüstüyə satıb gül iyini,
Aylardır közərdiyim ocaqda, daha təkcə kül idim.
Həmişə yanımda olduğunu düşündüyüm biri var idi,
Onun da son danışığı başqa cür idi.

Heyif… süzülür qəm sətirə,
Gördüyüm hər insafsızı nədənsə sənə bənzədirəm.
Çatdın axır məqsədinə, səni qəm, məni yadlar aldı,
Bu qədər yaxşılıqlar edib, pis biri kimi yadda qaldım.

... bir ümid çırağım sönürdü hər gün,
İçkinin təsiriylə başqa birinə dönürdüm hər gün.
Həminki adam ola bilmərəm artıq,
Sizin yaşadığınız şeirlərdə mən ölürdüm hər gün.

Chorus(x2):
Məni boğur bu şəhər, bu insanlar,
Məni yorur bu şeir, bu misralar.
Gedirəm bir sabah qayıtmamaq ümidiylə,
Gedirəm, əlvida, əlvida sevgiylə.

SƏNDƏN SONRASI

Verse:
Səhərimi səhər edən günəş artıq görünmür səmada,
Gecələri gecə edən sevgimiz artıq bilmirəm harada.
Bu ahuzarla min bəlanı çəkdim eşq məqamında,
Silinmir artıq adın baş daşımdan, ruh məzarımdan.

Boğur bu məhəbbət məni, yorur bu küdurət məni,
Bu qüssə-qəmi gizlətməyə yox bir cəsarət həmin.
Ayrılıqlar soyuqdur, çoxu sevgisə hərarətlədir,
Nə xəyanət gəmimdə yola çıxdı, nə qəbahət mənim.

Bu yolda yalın ayaqla uzaqlaşdım doğma şəhərdən,
Bu yolda intizarda qalan sevgi ruhuma məlhəm.
Bu nə cür dərddir rəbbim? Ayrı saldı ruhu bədəndən,
Fikirlərim ucuzdur, amma ki, məhəbbətim mücəvhər.

İntihar edən çiçəklərin ətri yadigarı təbiətin,
Ruhumu incidən hər bir cümlənin ahı vəziyyətim.
Əlimdə solan sevgilərin qəbri şeiri məğz edir.
Nədən bu ölüm qorxusu, və ömür nədən bəhs edir?

Gözümdən pərdə asır gördüyüm hər həqiqətim,
İçində ağ libasın, qara ruhuma təbib gətir.
Zühur elə incə toxunuşla bilim ki, var bir qüdrətin,
Elə bir ruha çevril ki, bitməsin eşqə müddəti.

Şəfəqlərdə görüm üzünü, ovcuma hopsun hislərim,
Qəfil ürəkdə hökm sürüb, qələmimi alsın ilk sətir.
Yazmayım mən, düşməsin heç bəyaz vərəqə qəm izləri,
Eşq dərdindən ölsəm də, bunu bilməsin əzizlərim.

Məni elə yerə basdırın ki, ruhum günəşi görməsin,
Mənə elə bir külək verin ki, həyat çırağı sönməsin.
Mənə elə bir sevgi ver ki sərhəd nədi bilməsin,
Mənə elə bir ümid ver ki, mən ölsəm də o ölməsin.

Əsirgəməsin kölgəsin qurumuş sevgi budaqları,
Bu torpaq alsın öhdəsin, göz yaşı toxunan dodaqların.
Güləndə batan yanaqların qəmzəsinə gül əkdim,
Hər fəsil vurğunun olsun, ömrün görməsin heç boranı, qarı.