*Tərəfimizə aid olan parçaların Youtube üzərindən hansısa kanala yüklәnmәsi vә ya hәr hansı portal yaxud saytda qeyri-qanuni paylaşılması qәti qadağandır. Әks tәqdirdә müәllif hüquqlarını tapdalayan kәs mәsuliyyәt daşıyacaqdır.

© Noise Production

İzlə

“SINGLES”

“SINGLES”

Tracklist
1. DÜNYA SƏNİN, DÜNYA MƏNİM (COVER) 03:02
2. UZAQLAŞ 03:23
3. AY KIZIM (COVER) 01:58
4. ADSIZ MAHNI (COVER) 02:20
5. SƏNƏ GƏLDİM 03:59
6. YUXUSUZAM 04:37
7. DİVARDAN FƏSİL 05:00
8. SƏN 03:44
9. YENƏ 04:22
About album

Şahin Əlizadə – “Dünya sənin, dünya mənim” (Cover) artıq online!

Producer: Miri Ahmed
Artwork: Miri Ahmed
Generic editor: Nigar Galib
Web developer: Zaur Ali
Web content manager: Aziza Rasul
Pentester: Emil Musayev

All rights reserved. © NoisePro 2019

Artist: Shahin Alizade
Genres: Alternative, Pop, R&B, Soft Rock
Publisher: NoisePro
Release Date: 17/09/2019
Lyrics:

DÜNYA SƏNİN, DÜNYA MƏNİM (COVER)

I hissə:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

II hissə:
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan.
Eşidirsən: pıçıldayır yıxılan, duran:
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

UZAQLAŞ

I hissə:
Neçə gündür darıxmıram heç səndən ötrü,
Deyəsən heç vecimə də deyilsən.
Neçə gündür yuxularda görüşmürük,
Daha əvvəlki sakini deyilsən.

Nəqarət:
Uzaqlaş...
Tükənir daha hövsələm
Nə qədər gec deyil hələ
Danışmaq istəmirəm

Uzaqlaş...
Bağladım köhnə dəftəri
Daha bezdirib zənglərin
Əllərimlə sağollaş

Uzaqlaş...

II hissə:
Neçə gündür daha səni axtarmıram,
Deyəsən heç vecimə də deyilsən.
Neçə gündür yuxularda görüşmürük,
Əvvəl ki, sakini deyilsən.

Nəqarət:
Uzaqlaş...
Tükənir daha hövsələm
Nə qədər gec deyil hələ
Danışmaq istəmirəm

Uzaqlaş...
Bağladım köhnə dəftəri
Daha bezdirib zənglərin
Əllərimlə sağollaş

AY KIZIM (COVER)

Bənd:
Baktım gözlerim ağlıyor o yok deyip,
Ay benim, ay benim, ay kızım bi' derdim var.
Yıllar oldu senin ellerine de hasterim,
Ay benim ay benim ay kızım bi' derdim var.

Ağlayam ben ağlayam boş ellerim,
Ay benim ay benim ay kızım bi' derdim var.
Sen gideli ben de sevdim ölmeyi,
Ay benim ay ay ay benim bi' derdim var.

ADSIZ MAHNI (COVER)

Bənd:
Nə qədər söz olsa, söz nə qədər düz olsa,
Az gələcək sətirlərim gözlərinə baxmaqdan.
Nə qədər düz olsa, düz nə qədər iz qoysa,
Etiraz edə bilməyəcəm o ətrini qoxmaqdan.

Cızdım rəsmini, tanımamışdan ağlımda,
Sən bir şahzadə və ayağında çarıqlar var.
Girdin həyatıma və real oldun nağılımda,
Gözmuncuqlarında dərin çat və qırıqlar var.

Dərinə toxundum və əridim, yox oldum,
“Mən ruhmu, insanmı!?” anlamadan yoluma davam.
Əlinə toxundum parlaqlıq çox oldu,
“Sən ruhmu, insanmı!?” anlamadan yoluma davam.

Sən güclü, ən güclü otlardan həblərdən,
Uça bilməz insan, yox, uça bilməz insan.
Xətrinə dəyəcək qədər, kobud oluram mən hərdən,
Amma sən bu həyatımda tək "keçə bilməzim"-sən.

Nəqarət:
Qanadlan!
Səni mənə gətirəcək bu qanadlar.
Uzaqdan,
Ətrini küləyə ötür, dayanma!
Səmadan,
Dənizdən,
Buluddan,
Günəşdən.

SƏNƏ GƏLDİM

I hissə:
Yalnız keçirdim yaşımı,
Zorla qaldırdım başımı.
Bayaq axan göz yaşımı,
Silə-silə sənə gəldim.

Nəqarət:
Gözlərimdə itdiyini,
Ölümümün yetdiyini,
Bir il öncə getdiyini
Bilə-bilə sənə gəldim.

Gecə səni düşününcə,
Qəlb sıxılır, gedir küncə.
Söylə görüm mənə səncə...
Elə belə sənə gəldim? Yox...
Bilə-bilə sənə gəldim

II hissə:
Hazır düzəltdim qəbrimi,
Zorla tükətdim səbrimi.
Çoxdan daşlaşmış qəlbimi
Dələ-dələ sənə gəldim.

YUXUSUZAM

I hissə:
Hərşeyi unut, döy qapını,
Səssizlik getsin başımızın üstündən.
Bir dəfə otur, sal yadına,
Nə qədər keçib ayrılığın üstündən?

Amma mən səni hər gün gözlədim,
Qəlbimdən silindi getdi, həmişəlik izlərin.
Əllərim hər gecə səni istədi,
Ancaq bunu səndən gizlədim.

Nəqarət:
Hər dəfə deyirsən gələcəm,
Köhnə günlərin xatirinə.
Gəl, heçolmasa son dəfə,
Əllərim toxunsun əlinə.
Bağışla hər dəfə yazıram,
"Qovuşmaq asandır, unutmaq çətin..."
Əgər ki, qayıtsan bir gecə,
Yağışı götür, günəşi gətir.

Sus... sus heçkim eşitməsin bizim ayrılığı,
Bu bizi yıxır,
Yuxusuzam,
Gözlərim axır.

II hissə:
Bilmirsən unutdum saçlarının rəngini
Bilmirsən unutdum əllərinin ətrini
Çox keçdi hələ də bitmədi sınaqlar
Bilirsən tək mənə düşməndir uzaqlar.

DİVARDAN FƏSİL

Bənd:
Bu gecənin şərrində,
Ayrılığın şəhərində,
Gəl, yenə yadıma düş,
Dərdlərini mənlə bölüş.

Nəqarət:
Görüşmədik uzun zaman,
Payız gəldi yağış yaman.
Gəlib durur önümdə divardan fəsil.

Bilmirəm indi hardasan,
Pəncərəmdən yaşlar asan,
Payızın verdiyini əllərinlə sil.

SƏN

Bənd:
Mən ki, sənə qarşı gələn
Toz-torpaqlı bir küləyəm.
Lakin mənəm sənə dayaq,
Qırıq qəlbində dirəyəm.

Mən saralmış yarpaqların,
Arasında qalan Yaz'am.
Süpür apar sarıları,
Qalmasın yerlərdə xəzan.

Nəqarət:
Sən səsimin titrək yeri.
Niyə səndən aralıyam?
Mən irəli, sənsə geri (x2)
Hər addımda yaralıyam.

YENƏ

Bənd:
Sənə əllərimi uzatdım,
Sən soyuq əli istədin.
Sənə hisslərimi uzatdım,
Sən ayrılmağı istədin.

İnsanlar...harasa tələsir,
Amma küçələr səssiz.
Bu şəhər müqəssir ayrılığa...
amma mən...

Nəqarət:
Yenə həmənki kafedə,
Gecələr çıxmaz səhərə,
İndi içirəm mən sənə.

Sözlərim tükənib gedir,
Gözlərimdən yuxu gedir,
Ağlım qaçıb sənə gəlir.